Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21.05.2019 [09:55]
Ölkəmiz Avropa İttifaqı məkanının enerji təhlükəsizliyinin təmin olunmasına sanballı töhfələr verir
Azərbaycan özünün çoxvektorlu xarici siyasətində, bir qayda olaraq, milli maraqlardan çıxış edir. O cümlədən respublikamızın beynəlxalq təşkilatlarda təmsilçiliyi qarşılıqlı faydalılıq prinsipinə əsaslanır. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr də istisna deyil. Avropa İttifaqı ilə əlaqələr Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq Azərbaycanla Avropa İttifaqı arasında səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri qurulub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, indiyədək Azərbaycanla Avropa İttifaqında təmsil olunan ayrı-ayrı dövlətlər arasında strateji tərəfdaşlıq haqqında müvafiq sənədlər imzalanıb. Ölkəmiz Avropa İttifaqı məkanının enerji təhlükəsizliyinin təmin olunmasına sanballı töhfələr verir.
Öz növbəsində Avropa İttifaqı da Cənubi Qafqaz coğrafiyasının lider dövləti olan Azərbaycanla tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə böyük önəm verir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaşı kimi qiymətləndirib və respublikamızın regionda oynadığı rolun Avropa İttifaqı tərəfindən müsbət dəyərləndirildiyini vurğulayıb. Azərbaycan-Avropa İttifaqı münasibətlərində diqqəti çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, qurum ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək verir. Qurumun bu mövqeyi qəbul edilmiş ikitərəfli sənədlərdə, o cümlədən də ötən il imzalanan “Tərəfdaşlıq prioritetləri”ndə açıq şəkildə ifadə olunub.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, Azərbaycanın regionun aparıcı dövləti olması bütün istiqamətlərdə Avropa İttifaqı ilə əməkdaşlıq imkanlarının genişliyini şərtləndirir və bu reallıq Aİ tərəfindən obyektiv qiymətləndirilir. Onun sözlərinə görə, enerji, nəqliyyat, təhlükəsizlik, humanitar sahələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı səviyyəsi tərəflərin strateji maraqlarına və gözləntilərinə uyğun olsa da, daha da sıx əməkdaşlıq imkanları daim müzakirə mövzusudur: “Hazırkı mərhələdə Avropa İttifaqını ən çox qayğılandıran enerji təhlükəsizliyi və səmərəli vahid enerji bazarının formalaşdırılması məsələləridir. Avropanın bu prioritetlərinin həyata keçirilməsində Azərbaycanın töhfələri göz qabağındadır. Dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi istiqamətində işlərin əhəmiyyətli hissəsi yerinə yetirilib. Ötən il mayın 29-da layihənin ilk hissəsinin rəsmi açılışı olub. Bu da bir daha sübut edir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində rolu artmaqdadır”.
Millət vəkili qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında səmərəli əməkdaşlıq Aİ rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Aİ Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti ilə görüşü zamanı qeyd edib ki, Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır. Həmçinin Azərbaycanın regionda aparıcı rolunun Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirildiyi vurğulanıb. Təbii ki, Avropa İttifaqı rəhbərliyinin belə mövqeyi obyektiv əsaslara söykənir. Hər şeydən öncə, regionda həyata keçirilmiş və keçirilməkdə olan bütün enerji və nəqliyyat layihələrinin reallaşması məhz Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə mümkün olur. “Aİ-nin Şərq Tərəfdaşlığı Proqramında ən fəal iştirak edən ölkələrdən biri də məhz Azərbaycan Respublikasıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı qeyd etdi. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin xarakterinə toxunan Prezident tərəflər arasında sıx əməkdaşlığın mövcudluğunu bir daha vurğuladı. Dövlət başçısı Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan tərəfindən Azərbaycan torpaqlarının hələ də işğal altında saxlanıldığını bildirdi və münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın prinsipial mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyev münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmasının vacibliyini bir daha səsləndirdi. Bu da növbəti dəfə sübut edir ki, Azərbaycan beynəlxalq hüquqa həssaslıqla yanaşan, regional sülhün və təhlükəsizliyin qayğısına qalan bir dövlətdir. Dövlətimizin başçısı həmçinin 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü məsələsinin əks olunduğunu diqqətə çatdırıb. Bütövlükdə, proseslər göstərir ki, tərəflər arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.
“Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Səfər zamanı Prezident İlham Əliyevin Belçika Kralı Əlahəzrət Filip ilə görüşündə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə də ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olub”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. S.Fətəliyeva bildirib ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.
Deputat qeyd edib ki, Donald Tusk görüş zamanı ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edib və Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Səfər zamanı Prezident İlham Əliyev də Azərbaycanın Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biri olduğunu vurğulayıb. Dövlətimizin başçısı keçirilən bütün görüşlərdə, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti haqqında məlumat verib. Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Bütövlükdə, Prezident İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət kəsb edir.
“Çox təəssüf ki, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzunun artması və digər müsbət reallıqlar anti-Azərbaycan dairələr tərəfindən narahatlıqla qarşılanır. Bunu onların mənasız açıqlamalarında, eyni zamanda, ölkəmizdən kənarda yaşayan bəzi ünsürlərin davranışlarında da hiss etmək olur. Azərbaycanla bağlı “qara piar” kampaniyası ölkəmizin nüfuzuna kölgə salmağa hesablanmış, sifarişlər hesabına atılan addımlardır. Həmin qərəzli dairələr öz məhdud maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə, bunun üçün də Azərbaycana qarşı təzyiq mexanizmini işə salmağa çalışırlar. Azərbaycana qarşı təzyiq kampaniyasının tərkib hissəsi olan bu cür addımların sonu fiaskodur. Çünki yüksək beynəlxalq nüfuza və dayanıqlı inkişafa malik olan Azərbaycan öz prinsipial mövqeyindən və müstəqil siyasətindən geri çəkilmək niyyətində deyil. Bu cür vasitələrlə ölkəmizdə ictimai rəyə təsir etmək və Azərbaycanın müsbət beynəlxalq imicinə kölgə salmaq mümkün deyil”, - deyə S.Fətəliyeva qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

