Azərbaycan-Almaniya parlamentlərarası əlaqələri müzakirə olunub
13.06.2019 [09:53]
İyunun 12-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycan-Almaniya əlaqələrinin qədim tarixə malik olduğunu deyib. Bildirib ki, 2016-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Bu gün Almaniya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri bu baxımdan ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Ölkələrimizin parlamentləri arasında da əlaqələr inkişaf edir. Bu günədək Azərbaycan ilə Almaniya arasında 77 hüquqi sənəd imzalanıb, 14 sənəd isə baxılmaqdadır.
Sədr qeyd edib ki, iqtisadi sahədə də münasibətlərimiz yüksək səviyyədədir. Ölkələrimiz arasında 2018-ci ildə ticarət dövriyyəsinin həcmi təqribən 1,9 milyard ABŞ dolları olub. Bu rəqəm ötən dövrün göstəricisindən təxminən 40 faiz çoxdur. Cari ilin birinci rübündə ticarət dövriyyəsinin həcmi 590 milyon ABŞ dolları təşkil edib. Təsadüfi deyil ki, Almaniyanın Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətində ötən il Azərbaycanın payı 70 faizdən çox olub. Həmin ilin statistik göstəricilərinə görə, Almaniyanın xam neft idxalında Azərbaycan 8-ci yerdə qərarlaşıb. 2004-2017-ci illərdə ölkəmizdə 201 alman şirkəti qeydiyyata alınıb.
“Müstəqil Azərbaycan Avropa İttifaqı və onun önəmli üzvü olan Almaniya ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır. Bu gün Azərbaycan Avropanın neft və qaz təchizatında əhəmiyyətli rol oynayır. Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə reallaşmış neft və qaz kəmərləri bunun əyani sübutudur. Ölkəmiz həm də Avropanı Asiya ilə daha da yaxınlaşdıracaq yeni Dəmir İpək yolu ideyasının reallaşmasına öz töhfəsini verib”, - deyə parlament Sədri vurğulayıb.
Oqtay Əsədov bildirib ki, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının önəmi gündən-günə artmaqdadır. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Almaniyanın hökumət və parlament üzvləri dəfələrlə Milli Məclisin qonağı olublar. Biz nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini əhəmiyyətli hesab edirik.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan Oqtay Əsədov bildirib ki, Azərbaycan münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinin tərəfdarıdır.
Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann Bakıya ilk dəfə səfər etdiyini və burada gördüklərindən məmnun qaldığını bildirib. Qeyd edib ki, Azərbaycanda dini tolerantlıq, siyasi sabitlik mövcuddur. Azərbaycan və Almaniya arasında ortaq dəyərlər və müxtəlif məsələlər üzrə fikir birliyi var. Tərəfləri düşündürən bir sıra məsələlər üzrə dialoqun aparılması və parlament diplomatiyasının imkanlarından istifadə olunması, münaqişələrin sülh yolu ilə həll edilməsi önəmli məsələlərdəndir. Bu baxımdan Milli Məclisin təşəbbüsü ilə Bakıda keçirilən regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının əhəmiyyəti böyükdür.
Söhbət zamanı bildirilib ki, Almaniya Cənubi Qafqaz bölgəsində özünəməxsus yer tutan Azərbaycanla əlaqələrin inkişafına böyük diqqət yetirir və gələcəkdə münasibətləri daha da dərinləşdirmək niyyətindədir.
Görüşdə Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyev, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

