Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İsraildə Ulu öndər Heydər Əliyevin adını daşıyan küçə olacaq

İsraildə Ulu öndər Heydər Əliyevin adını daşıyan küçə olacaq

11.12.2009 [09:46]

İsrailin şəhərlərinin birində küçəyə Ulu öndər Heydər Əliyevin adı veriləcək. APA-nın juhupo.com saytına istinadən məlumatına görə, İsrail prezidenti Şimon Peres bu ilin yayında Bakıya etdiyi səfərdən sonra bu təkliflə çıxış edib. Xarici işlər naziri, “İsrail bizim evimizdir” partiyasının sədri Aviqdor Liberman onun partiyasını parlamentdə təmsil edən Faina Kirşenbaumdan hansı şəhərlərdə yeni küçə adı verilməsinin nəzərdə tutulduğunu müəyyənləşdirilməsini xahiş edib. Məlumata görə, Heydər Əliyevin adının əslən Azərbaycandan olan insanlarının sayının çox olduğu şəhərdəki küçələrdən birinə verilməsi istənilir.
İsrail Azərbaycanlılarının Koordinasiya Şurası Ş.Peresin təşəbbüsünü dəstəkləyib. Şuranın deputat F.Kirşenbauma ünvanladıqları müraciətdə deyilir ki, Heydər Əliyev dahi şəxsiyyət olaraq Azərbaycanın yəhudi icmasına böyük hörmət bəsləyib, onu hər zaman dəstəkləyib, bu icmanın üzvlərinin ölkənin siyasi, elmi, mədəni, səhiyyə, iqtisadi və sənaye sahəsində aktiv iştirak etməsi üçün əlindən gələn hər bir şeyi edib.

Paylaş:
Baxılıb: 982 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30