Azərbaycan Hökuməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələr uğurla davam edir
27.07.2019 [01:46]
İyulun 26-da Baş Nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan Hökuməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu və bu əlaqələrin bu gün də uğurla davam etdirildiyi vurğulanıb. Baş Nazirin müavini Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) bütün qurumları, o cümlədən Cenevrə bölməsi ilə sıx əməkdaşlığa malik olduğunu söyləyib. Əli Həsənov BMqT-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə toxunaraq bildirib ki, nümayəndəlik Azərbaycan Hökuməti ilə çox sıx əməkdaşlıq şəraitində ölkə üçün prioritet olan müxtəlif layihələr, proqramlar həyata keçirib. Həmin layihələrə insan alverinə qarşı mübarizə, su mənbələrinin bərpası və s. mühüm məsələlər daxildir. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial göstəriciləri digər bir çox qabaqcıl ölkələri geridə qoyub. Azərbaycan bütün irqlərin, millətlərin azad yaşaya biləcəyi tam tolerant bir ölkədir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Baş Nazirin müavini bu problemin həlli ilə bağlı yaradılmış Minsk qrupunun uzun illərdir davam edən fəaliyyətinin təəssüf doğurduğunu deyib. Bildirib ki, bu vaxtadək qəbul olunan bütün sənədlər, sadəcə, kağız üzərində qalıb. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Nüfuzlu beynəlxalq qurumların münaqişənin həllinə dair qəbul etdikləri qətnamələrin hələ də yerinə yetirilməməsi, beynəlxalq güclərin münaqişənin həllinə ikili standartlarla yanaşmaları bir daha sübut edir ki, bu, ədalətsiz mövqedir.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev təmsil etdiyi qurum ilə Azərbaycan Hökuməti arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycanda inklüziv cəmiyyət qurulub. BMqT-nin ən fəal üzvlərindən biri olan Azərbaycan regionda mühüm önəm kəsb edən ölkədir, xüsusən də tranzit ölkə kimi böyük rola malikdir.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41

