Görülən işlərin başlıca məqsədi qeyri-formal məşğulluğun aradan qaldırılmasıdır
27.07.2019 [01:47]
Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi ilə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərlərinin birgə iştirakı ilə ikinci müşavirə keçirilib
Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində tapşırıqların icrası istiqamətində fəaliyyət davam etdirilir. Tədbirlər planının 3.4-cü bəndinin (Məşğulluğa kömək üzrə əlaqələndirmə komitələrinin fəaliyyətinin gücləndirilməsi) icrasını təmin etmək məqsədilə iyulun 26-da Azərbaycan Respublikası Baş Nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi ilə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərlərinin birgə iştirakı ilə ikinci müşavirə keçirilib.
Tədbirdə çıxış edən Əli Əhmədov bildirib ki, müşavirənin keçirilməsində əsas məqsəd respublikada, o cümlədən ayrı-ayrı rayonlarda qeyri-formal məşğulluqla mübarizə sahəsində komitələr tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsi və Azərbaycan Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 293 nömrəli qərarı ilə təsdiq edilmiş Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin Əsasnaməsinin təqdimatıdır.
Baş nazirin müavini “Azərbaycan Respublikasının əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən 2018-ci il və 2019-cu ilin birinci yarımilliyi ərzində görülmüş işlər barədə məlumat verib və cari ilin ilk 6 ayında əmək müqaviləsi bildirişlərinin sayının 101 min 551 artaraq 1 iyul tarixinə 1 milyon 503 min 731 nəfər təşkil etdiyini qeyd edib. O xatırladıb ki, ötən il bu göstərici 91 min 389 təşkil edib, ümumilikdə isə Komissiya yaranandan bəri təxminən 250 min 000 müqavilə artımı olub.
Komissiyanın sədri həmçinin qeyd edib ki, 2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxs fərdi sahibkarların sayı ötən ilin əvvəli ilə müqayisədə 32457 nəfər artaraq 361.001 nəfər, 2019-cu il 1 iyul tarixinə isə aktiv fiziki şəxs fərdi sahibkarların sayı 8569 nəfər artaraq 369570 nəfər təşkil edib. Əli Əhmədovun sözlərinə görə, respublikada qeyri-formal məşğulluqla mübarizə çərçivəsində qanunvericilik aktlarında mühüm dəyişikliklər edilib. Belə ki, “Məşğulluq haqqında” yeni qanun qəbul edilib, işsizlikdən sığorta sistemi tətbiq edilməyə başlanılıb, vergi və sosial sığorta sahəsində formal məşğulluğun təşviqi ilə bağlı dəyişikliklər edilib, 2020-ci ildən respublika üzrə icbari tibbi sığortanın tətbiqi təsdiqlənib və digər normativ hüquqi aktlara dəyişiklik edilib və mühüm layihələr hazırlanıb.
Əli Əhmədov söyləyib ki, görülən işlərin başlıca məqsədi qeyri-formal məşğulluğun aradan qaldırılmasıdır. Son 16 ildə ölkəmizdə 2 milyondan çox iş yerinin yaradıldığını deyən Baş Nazirin müavini bu faktın məşğulluğun təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Əli Əhmədov söyləyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı həyata keçirilir və bu proqrama gələcəkdə daha çox insan cəlb olunacaq.
Daha sonra çıxış edən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası Katibliyinin rəhbəri Elnur Süleymanov komitələrlə katiblik arasında olan əməkdaşlıqdan söz açaraq hər rüb katiblik tərəfindən komitələrə rayon üzrə qeyri-formal məşğulluğun qiymətləndirilməsinə dair cədvəllərin hazırlanaraq təqdim edildiyini və bunun da yerlərdə qeyri-formal məşğulluqla mübarizədə mühüm rol oynadığını vurğulayıb.
İclasın sonunda Əli Əhmədov uğurlu fəaliyyətlərinə görə “Yüksək nəticə”, “Davamlı artım”, “Etibarlı tərəfdaş” və “Fəal təşviqatçı” nominasiyaları üzrə Ağcabədi, Qəbələ, Şəki, Lənkəran, Sumqayıt, Göygöl, Zaqatala, Xaçmaz, Şəmkir, Abşeron və Qax rayon Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrini mükafatla təltif edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

