/ / Məlahət İbrahimqızı: Paşinyan son bəyanatları ilə beynəlxalq hüququn prinsiplərinə məhəl qoymadığını bir daha sübut etdi
Məlahət İbrahimqızı: Paşinyan son bəyanatları ilə beynəlxalq hüququn prinsiplərinə məhəl qoymadığını bir daha sübut etdi
29.08.2019 [09:04]
Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif hallusinasiya xarakterli bəyanatlarla çıxış edərək xaricdən ona dəstək olan qüvvələrin başını aldatmaq və demokratik imic qazanmaq istəyir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, Paşinyan vəzifəyə gəlməmişdən əvvəl hələ küçə mitinqləri zamanı ermənilərə onların sosial problemlərini həll edəcəyi, analara övladlarının qonşu ölkənin işğal etdikləri ərazisində qurban verilməyəcəyi haqqında vədlər vermişdi. Lakin heç bir öhdəliyi və vədi yerinə yetirə bilməyən Paşinyan müxtəlif imitasiya xarakterli hərəkətlərlə öz hakimiyyətinin vaxtını uzatmağa çalışır. Bu yaxınlarda onun pan-erməni oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfərə getməsi də məhz bu səbəblərdən qaynaqlanır. Ermənistan vətəndaşı bizim torpaqlarımızda ölür. Erməni anaları Paşinyana sual verirlər ki, axı bizim övladlarımızın Azərbaycan torpaqlarında nə işi var idi? Paşinyan isə bu cür bəyanatlarla çalışır ki, daxili auditoriyanın fikrini əsas problemlərdən yayındırsın. Ermənistanın büdcəsi yoxdur. Bütün dünya bilir ki, işğalçı ölkənin büdcəsi beynəlxalq fondların, bəzi dövlətlərin dəstəyi hesabına dolur. Ermənistan əhalisi də görür ki, iki ildir vəd verilməsinə baxmayaraq, onların vəziyyətində heç bir dəyişiklik yoxdur.
Məlahət İbrahimqızı vurğulayıb ki, ən əsası isə Paşinyan beynəlxalq hüququn prinsiplərini pozmaqla bölgədəki mövcud gərginliyi daha da artırır. O, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırışla beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə məhəl qoymadığını, Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirdiyini bir daha sübut etdi. N.Paşinyanın bu cür bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə ciddi zərbə vurur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50

