Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda Avropa İttifaqının Lissabon sazişinin qüvvəyə minməsi ilə bağlı təqdimat keçirilib

Bakıda Avropa İttifaqının Lissabon sazişinin qüvvəyə minməsi ilə bağlı təqdimat keçirilib

15.12.2009 [09:46]

Dünən Bakıda Avropa İttifaqının (Aİ) Lissabon sazişinin qüvvəyə minməsi ilə bağlı təqdimat keçirilib. APA-nın xəbərinə görə, təqdimatı təşkil edən Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib ki, bu saziş yeni Avropanın qurulması üçün geniş üfüqlər açır və Avropaya inteqrasiyanı daha da sürətləndirir: “Lissabon sazişi yeni Avropa, dünya ölkələri, xüsusilə də Azərbaycanla əlaqələrə müsbət töhfə verəcək”.
Diplomat bildirib ki, Lissabon sazişi qüvvəyə mindikdən sonra Avropa İttifaqı daha səmərəli fəaliyyət göstərəcək.
Xatırladaq ki, Lissabon sazişi 2007-ci il dekabrın 13-də Portuqaliya paytaxtında imzalanıb və bu il dekabrın 1-də qüvvəyə minib. Sazişə əsasən Aİ-nin hökumət və dövlət başçıları şurasının prezidenti postu yaradılıb. Prezident vəzifəsinə 5 il müddətinə Belçikanın keçmiş baş naziri Herman Van Rompey seçilib. Qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsi də təsis olunub. Bu vəzifədə təmsil olunan şəxs eyni zamanda Avropa Komissiyasının birinci vitse-prezidenti sayılır. Dekabrın 1-dən qurumun Bakı ofisi Avropa İttifaqının nümayəndəliyi adlanır.

Paylaş:
Baxılıb: 946 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30