/ / “Əli Kərimlinin sosial şəbəkələrdə aktivliyinin real ictimai-siyasi münasibətlərə heç bir təsiri yoxdur”
“Əli Kərimlinin sosial şəbəkələrdə aktivliyinin real ictimai-siyasi münasibətlərə heç bir təsiri yoxdur”
07.09.2019 [09:47]
“Ümumiyyətlə bəzən sosial şəbəkələrdə sosial aktivliyi Azərbaycan cəmiyyətinə və Azərbaycanın siyasi sisteminə siyasət kimi sırımağa çalışan insanlar var. Onlardan biri də Əli Kərimlidir. Əlbəttə ki, real siyasi proseslər və real müstəvidə baş verən hadisələr sosial şəbəkələrin davamı deyil və ola bilməz. Tam əksinə. Sosial şəbəkələr bizim real ictimai siyasi münasibətlərimizin proyeksiyası kimi qəbul oluna bilər. Ona görə də normal vəziyyətdə və normal cəmiyyətlərdə real ictimai-siyasi proseslərdəki aktivlik sosial şəbəkələrdə öz əksini tapmaqla bir növ yeni informasiya texnologiyaları üzərində siyasi aktiv fərdin və yaxud siyasətçinin ictimai obrazını yaradır”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
“Bizdə isə, çox təəssüf ki, özlərini müxalifət lideri adlandıran bəzi insanlar, o cümlədən də Əli Kərimlinin 1990-cı illərin əvvəllərində real siyasi platformada buraxdığı səhvləri bu gün sosial şəbəkələrdə təkrar etdiyini görürük . Bu gün Əli Kərimli sosial şəbəkə və bəzi internet resurslarını siyasi vasitə kimi və yaxud siyasi münasibətləri təyin edən platforma kimi Azərbaycan cəmiyyətinə sırımağa çalışır. Bu, doğru deyil. Çünki 1990-cı illərin əvvəllərindəki siyasi natamamlıq kompleksi onların sonrakı illərdəki fəaliyyətində siyasi sistemimizə nə qədər zərbə vurdusa, Azərbaycan cəmiyyətindəki bəzi qruplaşmaları nə qədər radikallaşdırdısa, bu gün sosial şəbəkələrdə təkrar olunan növbəti yalnışlıq da gələcəkdə Azərbaycanın real siyasi münasibətlərinin virtual müstəvidə proyeksiyasına bir o qədər zərbə vuracaq. Ona görə də düşünürəm ki, bu, doğru deyil. Bloqqerlik və sosial şəbəkələrdə aktiv olmaq başqa bir məsələdir, siyasətçi olaraq siyasi fəaliyyət göstərmək isə tamamilə başqa bir məsələdir. Çünki hər hansı bir siyasətçi müxalif siyasi dəyərləri mənimsəmək və onu təbliğ etməklə bu dəyərlar ətrafında müəyyən elektorat toplaya bilər. Yəni cəmiyyətin siyasi sistemi ayrı-ayrı liderlər ətrafında o zaman birləşir ki, orada liderin mənimsədiyi və təbliğ etdiyi siyasi dəyərlər geniş auditoriya tərəfindən qəbul olunsun və onu mənimsəyən fərdlər də bu siyasi proseslərə qoşulsun. Əli Kərimlinin sosial şəbəkələrdə aktivliyinin real ictimai-siyasi münasibətlərə heç bir təsiri yoxdur”, - deyə Hikmət Babaoğlu fikrini tamamlayıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55

