/ / Dmitri Savelyev: Təhlükəsizlik sahəsində təcrübə mübadiləsi Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsidir
Dmitri Savelyev: Təhlükəsizlik sahəsində təcrübə mübadiləsi Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsidir
11.09.2019 [09:42]
Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət prosesləri xeyli sürətlənməkdədir: cəmi bir həftə ərzində Azərbaycan nümayəndə heyəti Şərq İqtisadi Forumunun işində iştirak edib, Rusiya Təhlükəsizlik Şurasının katibi isə Bakıda öz həmkarı ilə görüşüb. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu və digər proseslərin perspektivlərini şərh edir.
- Dmitri İvanoviç, iqtisadiyyat sahəsində Rusiya-Azərbaycan tərəfdaşlığının dinamikası bizim söhbətlərimizin daimi mövzusudur. Qarşılıqlı əmtəə dövriyyəsində vəziyyət necədir?
- Bəri başdan qeyd etməliyəm ki, son illərdə Rusiya Azərbaycanın ticarət tərəfdaşlarının siyahısında davamlı olaraq aparıcı yerlərdən birini tutur, ölkələrimiz arasında ticarətin həcmi isə durmadan artır: cari ilin 7 ayı ərzində əmtəə dövriyyəsinin həcmi 1,6 milyard dollar olub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur. Bu il yayda Azərbaycan Rusiyadan taxıl alınması üzrə rekord göstərib: Ulyanovsk vilayətindən ixrac edilən taxılın 70 faizi azərbaycanlı istehlakçılara göndərilib, Azərbaycana taxıl satan ənənəvi tərəfdaş olan Stavropol diyarı isə bu respublikaya 146 min ton taxıl yola salıb. Bu, bir il əvvəlki ilə müqayisədə üç dəfə çoxdur.
- Bu yaxınlarda Bakıda başa çatmış biznes-missiya hər hansı yeni meyilləri aşkar edibmi?
- Azərbaycanın təşəbbüsü ilə başlanmış bu pilot təcrübəsi uğurlu olub: Rusiyanın yeddi regionundan 30-dan çox şirkət öz potensialını Azərbaycan biznes birliyinə təqdim etməyə gəlmişdi. Qarşı tərəfin bu tədbirə marağı çox böyük idi: Azərbaycan tərəfindən 16 sahəni təmsil edən 150 müəssisə bu görüşə qoşulmuşdu. Biznes-missiya dövründə üç kontrakt imzalandı, daha bir neçə saziş isə ilkin razılaşma mərhələsindədir. Rusiyadan ixracın yeni perspektivli istiqamətləri arasında süd məhsulları, taxta-şalban, faner və tikinti armaturunun adlarını çəkmək olar. Azərbaycanlı tərəfdaşlar bu mallar üçün sifarişlərini bizə təqdim etməyə hazırdırlar.
- Şərq İqtisadi Forumu azərbaycanlı sahibkarlarda maraq doğura bildimi?
- Bu maraq qarşılıqlıdır. Üstəlik, dünyada iqtisadi inkişaf sürətinin azalması şəraitində Azərbaycan iqtisadiyyatı kimi inkişaf etməkdə olan iqtisadiyyat iri investorlarda güclü maraq oyadır. Fikrimcə, Odlar Diyarını çoxlu ciddi biznes təklifləri gözləyir. Forum özü isə Azərbaycan üçün ona görə maraqlıdır ki, o, qeyri-iqtisadi səbəblərə görə biznes əlaqələrini məhdudlaşdıran Avropa bazarları ilə müqayisədə siyasi şəraitin qat-qat sərfəli olduğu Asiya bazarlarına yol açır. Azərbaycan Avrasiya məkanında həyata keçirilən bir sıra layihələrdə fəal iştirak edir və bu meyil güclənməkdədir, çünki Azərbaycanın nəqliyyat-logistika potensialı qitə miqyasında inteqrasiyanı gücləndirir. Yeri gəlmişkən, forum müddətində Rusiya ilə Hindistan arasında imzalanmış sənədlər paketi gömrüklə bağlı və digər maneələrin çoxunu aradan qaldırır. Bu o deməkdir ki, Azərbaycanın dəmir yol və dəniz nəqliyyat imkanlarının cəlb edildiyi “Şimal-Cənub” nəqliyyat dəhlizi daha dinamik fəaliyyət göstərəcək. Bu da öz növbəsində, respublikanın regionda iqtisadi və siyasi mövqelərini xeyli gücləndirəcək.
- Son vaxtlar Azərbaycan kibertəhlükəsizlik strategiyasının işlənib hazırlanması ilə məşğuldur. Bu strategiyanın zəruriliyi nə ilə bağlıdır?
- Ölkələrimiz beynəlxalq terrorizm və transmilli cinayətkarlıqla bağlı, misli görünməmiş çağırışlarla üzləşir. Belə çağırışlardan biri texnoloji xarakter daşıyır. Dünya yeni dövrə - məlumat axınına nəzarət sistemlərinin rəqabəti dövrünə qədəm qoyub. Bu halda informasiya mühiti müxtəlif kibernetik hücumlar nəticəsində deformasiyaya məruz qalır. Buna görə də biz xarici informasiya təhlükəsizliyi sistemlərini birlikdə yaratmalıyıq və burada Rusiya Azərbaycana çox kömək edə bilər. Məsələn, bizim xüsusi xidmətlərin nümayəndələri azərbaycanlı həmkarlarına xəbərdarlıq ediblər ki, ilk baxışda heç bir şübhə doğurmayan kompüter oyunlarının və kvestlərin köməyi ilə gəncləri terror qruplarına cəlb etməyin yeni formaları yaranıb. Düşünürəm ki, bu xəbərdarlıq Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ekstremistlərin vaxtında aşkar olunmasına kömək edəcək. Beləliklə, təhlükəsizlik sahəsində təcrübə mübadiləsi Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsinə çevrilir.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

