Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hikmət Babaoğlu: Kimisə siyasi keçmişinə görə fərqləndirmək və hədəf göstərmək doğru deyil

Hikmət Babaoğlu: Kimisə siyasi keçmişinə görə fərqləndirmək və hədəf göstərmək doğru deyil

11.09.2019 [09:47]

“Hansısa əlamətlərə görə cəmiyyətdə insanları fərqləndirmək doğru deyil, zərərlidir. Çünki cəmiyyət o zaman güclü olur ki, orada insanlar müxtəlif əlamətlərinə görə ayrılmır, tam əksinə, ortaq dəyərlər tapılaraq onun ətrafında birləşdirilir. Xüsusən siyasi müstəvidə bunu etmək nəticəsi proqnozlaşdırıla bilməyən hadisələrə gətirib çıxara bilər ki, bu da yolverilməzdir”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın müstəqillik tarixinin ilk illərində müxtəlif əlamətlərinə görə insanların fərqləndirildiyinin və nəticə etibarı ilə də Azərbaycan cəmiyyətinin, Azərbaycan siyasi sisteminin birliyinin, vahidliyinin pozulmasının şahidi olmuşuq. Hazırkı mərhələdə Azərbaycanı güclü edən məhz onun birliyidir.
“Ona görə də, düşünürəm ki, eyni siyasi komandada təmsil olunan, sonradan bu və ya digər səbəblərdən vəzifədən getmiş insanlar haqda, yaxud vaxtilə Azərbaycan cəmiyyətində müxtəlif fərqli siyasi dəyərləri mənimsəmiş, sonra isə ümumi konsolidasiya nəticəsində milli birlik, milli maraqlar ətrafında birləşmiş keçmiş siyasi partiya üzvlərini, onun rəhbərliyini nədəsə ittiham etmək, əvvəlki mövqeyinə görə onlara qarşı ayrı-seçkilik mövqeyində durmaq tamamilə yersizdir, doğru deyil. Çünki siyasi sistemin də gücü, milli gücün də ifadəsi məhz konstruktiv konsolidasiya nəticəsində mümkün olur ki, hazırda Azərbaycan belə bir yüksək həmrəylik mərhələsinə gəlib çata bilibdir. Bunu pozmağa yönəlmiş hər bir addım, deyilən hər bir fikir ümumi milli maraqlarımız kontekstində düzgün qəbul edilə bilməz və doğru deyil. Bu günlərdə bəzi millət vəkillərinin adından səsləndirilən fikirlər də məhz bu kontekstdə dəyərləndiriləndə doğru hesab edilə bilməz. Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov da bu məsələ ilə bağlı haqlı olaraq öz mövqeyini bildirdi və bunun yolverilməz olduğunu dilə gətirdi. O bildirdi ki, hər bir insan bu gün hər hansı bir siyasi komandada vəzifədə təmsil oluna bilər, sabah həmin siyasi komandanın sıravi üzvü ola bilər. Onun vəzifəsinin dəyişməsi əqidəsinin dəyişməsi, milli maraqlardan kənarda durması kimi səciyyələndirilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu məsələlərə toxunaraq bu cür fikirlərin yanlış olduğunu dilə gətirdi. Mən düşünürəm ki, hər iki mövqe tamamilə doğrudur. Kimisə siyasi keçmişinə və sosial statusuna görə fərqləndirmək və hədəf göstərmək doğru deyil”, - deyə Hikmət Babaoğlu vurğulayıb.

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31