ABŞ Konqresinin qəbul etdiyi qərar AGAT-nin də haqlı narazılığına səbəb olub
22.12.2009 [11:01]
ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına etiraz olaraq, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova təşkilatın ABŞ Konqresinin Dağlıq Qarabağa 8 milyon dollar ayırmasına etiraz bəyanatını yayıb: “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı(AGAT) Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və qərb demokratik dəyərlərinin təbliğatçılarlından biri kimi fəaliyyət göstərir. Əsas missiyası qərb vətəndaş cəmiyyəti modelinin və dəyərlərinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdır. Amerika Birləşmiş Ştatları dünyada sülhün, demokratiyanın və insan hüquqlarının təminatçısı olan dövlətlərdən biri kimi tanınır. Bir faktdır ki, hal-hazırda on minlərlə amerikan əsgəri dünyanın ən gərgin bölgələrində sülh keşikçisi kimi şərəfli missiyanı yerinə yetirir. ABŞ hər il 100 milyardlarla dollar vəsaiti bu istiqamətə yönəldir. Bütün bunlar dünya demokratiyasına xidmət edən təqdirəlayiq və alqışlanacaq strategiyadır. Lakin AGAT olaraq biz, ABŞ konqresinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə 8 milyon dollar yardım ayırması ilə bağlı qərarını narahatçılıq hissi ilə qarşıladıq. Belə ki, 1990-cı illərin əvvəllərindən həmin bölgə və ətraf 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu gün qondarma “Dağlıq Qarabağ Respublikası” Azərbaycan Respublikasının, beynəlxalq təşkilat və institutların nəzarəti və təsiri xaricindədir. Belə bir şəraitdə ABŞ konqresinin 8 milyon dollar vəsaiti qondarma “respublikanın” hakimiyyətinin ixtiyarına verməsi təşviş doğurmaya bilməz. Bu maliyyənin Konqresin tövsiyə etdiyi istiqamətlər üzrə xərclənəcəyi də böyük şübhə doğurur. Vəsaitin bölgədə separatçılığın və terrorun dəstəklənməsinə yönəldiləcəyi ehtimalı daha böyükdür. Bütün bunlar haqlı narazılığa səbəb olur. AGAT Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 8 milyon dollar məbləğində yardımın ayrılmasını, işğal nəticəsində həmin bölgədən didərgin düşmüş yüz minlərlə azərbaycanlının isə belə yardımdan kənarda qoyulmasını yolverilməz sayır. Hesab edirik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan etmiş ABŞ beynəlxalq hüquq normalarına hörmət etməli, Dağlıq Qarabağ bölgəsi ilə bağlı qəbul etdiyi hər bir qərarı və atdığı bütün addımları rəsmi Bakı ilə razılaşdırmalıdır. Fərqli yanaşma Azərbaycan ictimaiyyəti tərəfindən separatçılığın dəstəklənməsi kimi qiymətləndiriləcəkdir. Bütün bunları nəzərə alaraq, AGAT ABŞ Konqresini Dağlıq Qarabağ regionuna yardımla bağlı qərarına yenidən baxmağa, prezident Barak Obamanı isə öz veto hüququndan istifadə edərək həmin qərarın icrasını dayandırmağa çağırır”.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

