/ / Fransanın məhkəmələrinin növbəti dəfə erməni təxribatının qarşısını alması Azərbaycanın diplomatik uğurudur
Fransanın məhkəmələrinin növbəti dəfə erməni təxribatının qarşısını alması Azərbaycanın diplomatik uğurudur
01.10.2019 [09:29]
Ölkəmizin məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsində bu dəfə də Lyon İnzibati Məhkəməsi Fransa şəhərləri ilə separatçı rejim arasında imzalanmış daha iki “xartiya”nı ləğv edib
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və milli maraqlara əsaslanan müstəqil xarici siyasət sayəsində ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində mövqeyi davamlı olaraq möhkəmlənir. Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Münaqişənin həllinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarını davam etdirən ölkəmiz, eyni zamanda, bu prosesdə milli maraqlara əsaslanan qətiyyətli mövqe nümayiş etdirir.
Məhz bu qətiyyətli siyasət nəticəsində, habelə Azərbaycan və Fransa arasında beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərin məntiqi nəticəsi olaraq erməni separatçılarının bu ölkədəki təxribatçı fəaliyyətləri növbəti dəfə uğursuzluğa düçar olub.
Belə ki, bu günlərdə Lyon (Lion) İnzibati Məhkəməsi Sənt-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki “xartiya”nı ləğv edib. Bu barədə Lyon İnzibati Məhkəməsinin saytında məlumat yerləşdirilib. Məlumatda bildirilib ki, 2018-ci il oktyabrın 21-də Sənt-Etyen və Şuşa, eləcə də 2017-ci il sentyabrın 25-də Desin-Şarpyö və Çartar şəhərləri arasında imzalanmış “dostluq xartiyaları” Luar (Loire) və Ron (Rhone) prefekturaları tərəfindən ləğv olunub.
Məhkəmə hesab edib ki, aidiyyəti şəhərlər arasında münasibətlərin inkişafını nəzərdə tutan “dostluq xartiyaları” əməkdaşlıq fəaliyyətindən ibarətdir. Buna görə də Fransanın beynəlxalq öhdəliklərinə riayət edilməsi baxımından bu “xartiyalar” imzalanıla bilməz. Hakimlər bildiriblər ki, “Fransa ATƏT-in Minsk qrupu çərçivəsində “Dağlıq Qarabağı” tanımamaq öhdəliyi götürüb. Buna görə də həmin öhdəlik Fransa hakim dairələrindən bu münaqişə ilə bağlı neytral mövqe tələb edir. Nəticədə Fransa kommunalarının merləri Fransanın beynəlxalq öhdəliklərini bilmədən bu “dostluq xartiyaları”nı imzalayıblar”. Buna görə də məhkəmə bu “xartiyalar”ın ləğv olunması ilə bağlı qərar qəbul edib.
Heç şübhəsiz, Lyon İnzibati Məhkəməsinin bu qərarı ilk növbədə Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycan tərəfinin beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir. Digər tərəfdən, bununla bir daha sübut olundu ki, Fransada erməni lobbisi nə qədər güclü olsa da, ATƏT-in Minsk qrupunun həmsədri kimi bu ölkə neytral mövqeyini qorumağa məcburdur. Həmçinin ermənilərin təxribatı kimi qəbul edilən “dostluq xartiyaları”nın imzalanması beynəlxalq hüququn elə bir kobud pozuntusudur ki, heç bir dövlətin məhkəməsi, hətta müstəqil olmayan məhkəmə belə ona bəraət qazandıra bilməz.
Beləliklə, əldə edilən bu nəticə ilə Azərbaycan dövləti bir daha sübut etdi ki, həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, anti-Azərbaycan xarakterli addımların qarşısını almaq gücündədir. Habelə Fransa məhkəmələrinin cari il ərzində ardıcıl olaraq Fransa şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış bədnam “xartiya”ların ləğvi ilə bağlı çıxardığı haqlı qərarlar bir daha göstərdi ki, işğalçı Ermənistanın əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir və “dostluq xartiyaları” adı altında erməni təxribatı beynəlxalq hüququn kobud şəkildə pozuntusudur.
Bir sözlə, Fransa məhkəmələrinin növbəti dəfə erməni təxribatının qarşısını almasını Azərbaycanın diplomatik uğuru hesab etmək olar. Belə ki, yuxarıda da vurğulandığı kimi ölkəmizin məhz məsələni hüquqi müstəviyə çıxarması nəticəsində bu dəfə də Lyon İnzibati Məhkəməsi tərəfindən Fransa şəhərləri ilə separatçı rejim arasında imzalanmış iki “xartiya”nın ləğv edilməsi bu təxribatların qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58

