Deputat: Qarabağ qaziləri heç bir şəkildə dövlətə qarşı zorakılıq alətinə çevrilə bilməzlər
02.10.2019 [09:29]
Azərbaycan dövləti daim Qarabağ qazilərini diqqət mərkəzində saxlayır, onların qayğısına qalır, veteranlarımızın, qazilərimizin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı şəkildə siyasət həyata keçirir.
Bunu “Trend”ə açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, cəmiyyətdə insanlar müxtəlif statusa malikdirlər. Hər sosial təbəqənin, status daşıyıcısının dövlət qarşısında öz vətəndaşlıq vəzifələri var: “Dövlət-vətəndaş münasibətlərində ən mühüm məsələ ondan ibarətdir ki, dövlət vətəndaşları qarşısında öz öhdəliklərini yerinə yetirdiyi, onları müdafiə etdiyi, qayğısına qaldığı kimi, vətəndaş da öz vəzifələrini yerinə yetirsin. Bu isə, sadəcə, bir düsturdan ibarətdir ki, vətəndaş dövlətin qoyduğu qanunları pozmasın. Əks təqdirdə, cəmiyyətdə bir nizamsızlıq yaranar. Beləliklə, bu gün öz qazisini müdafiə edən dövlət sabah zəif vəziyyətə düşə bilər. Ölkədə xaos yarana bilər. Mən düşünürəm ki, vəziyyətin bu cür olmasını hər şeydən öncə Qarabağ qaziləri istəməzlər. Çünki onlar Vətənin, torpağın nə olduğunu digər vətəndaşlardan daha çox dərk edirlər. Azərbaycanın ərazi bütövlüyü üçün, Vətən torpaqlarının qorunması üçün özlərini fəda ediblər”.
Hikmət Babaoğlu xatırladıb ki, Azərbaycanın brendi hesab olunan SOCAR həm də ölkəmizin ən böyük şirkətidir. Enerji sektorunda Azərbaycanın enerji siyasətini həyata keçirən mühüm bir şirkətdir: “Əlbəttə ki, SOCAR-ın ərazilərində qeyri-qanuni tikintinin aparılması nəticə etibarilə bu şirkətin fəaliyyətinə əngəllər törədə bilər. Yaxud o şirkətin fəaliyyətinin effektivliyini aşağı sala bilər. Nəzərə almaq lazımdır ki, məhz SOCAR-ın əldə etdiyi gəlirlər Azərbaycanın sosial sahədə həyata keçirdiyi siyasətin ciddi maliyyə əsaslarını təşkil edir. Heç şübhəsiz ki, gəlirlərin böyük bir qismi də Qarabağ veteranlarının, qazilərimizin, şəhid ailələrinin sosial müdafiəsinə xərclənir. Bu şirkətə qarşı münasibətdə hər bir vətəndaşın qanun çərçivəsində hərəkət etməsi vacibdir. Bəzi qruplaşmalar vardır ki, ayrı-ayrı vaxtlarda xüsusi statusu olan müəyyən təbəqəni dövlətə qarşı yönləndirməyə cəhd edir. Biz dəfələrlə şahidi olmuşuq ki, Qarabağ veteranlarından istifadə edərək təxribatlara əl atmaq cəhdləri olub. Dövlət tərəfindən bunun qarşısı alınıb. Mən düşünürəm ki, SOCAR kimi milli şirkətimizə qarşı aparılan belə kampaniya nə Azərbaycanın, nə də Qarabağ qazilərinin lehinədir. Qarabağ qaziləri heç bir şəkildə dövlətə qarşı zorakılıq alətinə çevrilə bilməzlər. Çünki onların ən böyük hamisi elə dövlətdir. Sadəcə, bu məsələdə qazanan tərəf Azərbaycanı sevməyən qüvvələr ola bilər ki, qazilərimiz də, biz də buna fürsət verməməliyik”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

