2009-cu il bütövlükdə Azərbaycan üçün uğurlu olub
23.12.2009 [09:23]
“2009-cu il dünya dövlətləri üçün ağır maliyyə-iqtisadi böhranı kimi yadda qalır. Amma Azərbaycana bu böhranın ciddi təsiri olmayıb. Bu fakt Azərbaycanın inkişaf etdiyini göstərən gerçəklikdir”. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov 2009-cu ilin sosial-iqtisadi nəticələrini şərh edərkən deyib.
Əli Əhmədovun sözlərinə görə, bu vaxta qədər ölkə daxilində bəzi dairələr tərəfindən inkişafın yalnız neft amilindən asılı olması ilə bağlı rəyin formalaşdırılmasına çoxlu cəhdlər göstərilirdi: “Biz isə hər dəfə iqtisadi inkişafın kökündə neft amilinin yox, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi siyasətin düzgünlüyünün dayandığını bildirirdik. 2009-cu ilin çox sərt maliyyə böhranı bizim fikirlərimizi təsdiq etdi”.
2008-ci ilin sonu və 2009-cu ilin əvvəllərində neftin qiymətinin 3-4 dəfə aşağı endiyini xatırladan YAP Sədrinin müavini qeyd edib ki, bununla da dövlət büdcəsində neftdən gələn gəlirlər xeyli azaldı. Amma nə sosial sferada, nə də infrastruktur layihələrinin həyata keçirilməsində böhranlı vəziyyət yaranmadı. Eləcə də, işsizlik baş vermədi, manatın məzənnəsinin aşağı düşməsinə imkan verilmədi. Beləliklə, Azərbaycanda iqtisadi vəziyyətin pisləşməsi halı müşahidə olunmadı. Bütün bunlar iqtisadi inkişafda neft amilinin rolunu dərk etməklə yanaşı, iqtisadiyyatın yalnız bu amil üzərində dayanmadığını təsdiqlədi. Yəni dünya böhranı şəraitində Azərbaycan iqtisadiyyatı dayanıqlığını sübut etdi. Bu, 2009-cu maliyyə-iqtisadi ilinin ən başlıca uğurudur.
“Prezident İlham Əliyevin dediyi kimi, həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda keçid dövrü başa çatıb. Keçid dövrünün başa çatması Azərbaycanda islahatların əhəmiyyətli keyfiyyət mərhələsinə gəlib çatmasından xəbər verir. İqtisadiyyatda bazar münasibətləri tam formalaşıb. Digər tərəfdən, keçid dövrünün başa çatması sosial və iqtisadi inkişaf göstəriciləri sırasında əhəmiyyətli yer tutan orta təbəqənin formalaşmasını da özündə ehtiva edir. Deməli, Azərbaycanda keçid dövrünün başa çatması ölkəmizdə çox əhəmiyyətli bir nailiyyət olan orta təbəqənin formalaşdığını və bu prosesin keyfiyyət mərhələsinə çatdığını sübuta yetirir” deyə Əli Əhmədov vurğulayıb.
Bütün bunların 2009-cu ilin nailiyyətləri olduğunu deyən YAP Sədrinin müavini bu ilin mart ayında Azərbaycan Konstitusiyasına dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsini əhəmiyyətli hadisə kimi səciyyələndirib. Onun sözlərinə görə, prezident seçkilərindən bir neçə ay sonra reallaşan referendumun nəticələri Azərbaycan Prezidentinə və Onun həyata keçirdiyi siyasətə insanların növbəti dəfə inamını sübut etdi. İnsanlar təklif olunan dəyişiklikləri dəstəkləməklə ölkədə həyata keçirilən siyasəti bir daha dəstəkləmiş, bu siyasəti həyata keçirən Azərbaycan Prezidentinə özlərinin dəstəyini bir daha ifadə etmiş oldular.
“Bütövlükdə bu il Azərbaycanın qarşıda duran vəzifələrinin həlli istiqamətində addımların atılması ilə də yadda qalacaq. Dağlıq Qarabağ probleminin acı nəticələrinin aradan qaldırılması istiqamətində səylərin artırılması və bu səylərin nəticəsində beynəlxalq güclərin, təşkilatların münaqişənin nizama salınmasında diqqətinin artması, intensivliyin yüksəlməsi, bir sözlə, bütün bunların hamısı 2009-cu ilin gerçəklikləridir. Hesab edirəm ki, 2009-cu il bütövlükdə Azərbaycan üçün uğurlu olub. Azərbaycan bir il də irəliyə gedə bilib, bir il də iqtisadiyyat yüksələ bilib, bir il də Azərbaycan dünya birliyində öz mövqelərinin yüksək olduğunu sübuta yetirə bilib. Bütün bunların hamısı 2009-cu ilin uğurlarıdır. Biz Azərbaycanın uğurlar aktivinə 2009-cu ili tam əminliklə daxil edə bilərik” deyə YAP Sədrinin müavini qeyd edib.
Xəbər lenti
Hamısına baxMüsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21

