Radikal düşərgənin daha bir əməli ifşa olundu
23.10.2019 [09:21]
Brüsseldəki aksiya zamanı baş verən polis zorakılığını Bakıdakı olay kimi təqdim edən dağıdıcılar bununla da Azərbaycana qarşı qarayaxma kampaniyasında hər cür saxtakarlığa əl atdıqlarını bir daha nümayiş etdirdilər
Bütün fəaliyyətini Azərbaycan dövlətinin və xalqının milli maraqlarına qarşı yönəldən radikal müxalifət bu istiqamətdəki əməllərini davam etdirir. Xaricdəki ermənipərəst mərkəzlərdən aldıqları sifariş əsasında ölkəmizdəki sabitliyi pozmaq, əldə etdiyimiz inkişafa kölgə salmaq üçün dəridən-qabıqdan çıxan bu antimilli ünsürlər ötən şənbə nəyə “qadir olduqlarını” bir daha nümayiş etdirdilər. Belə ki, AXCP və qondarma “Milli şura”nın keçirmək istədikləri mitinq üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılsa da, dağıdıcılar orada mitinq keçirmək əvəzinə, paytaxtın mərkəzində icazəsiz etiraz aksiyasına qərar verdilər.
Lakin bu da son deyil. İcazəsiz aksiyadan öncə sosial şəbəkələr vasitəsilə xalqı qarşıdurmaya çağıran Əli Kərimli və onun yaxın ətrafı oktyabrın 19-da polislə açıq qarşıdurmaya gedərək, qanunları kobud şəkildə pozdular.
Bu məqamda qeyd edək ki, xaricdəki anti-Azərbaycan və ermənipərəst mərkəzlərin sifarişi ilə Bakıda əhalini qanunsuz aksiyaya cəlb etmək istəyən Əli Kərimli və ətrafındakı dağıdıcılar son günlər daha bir antimilli əmələ baş vurublar. Belə ki, bu antimilli ünsürlər sözügedən qanunsuz aksiyaya cəhd zamanı baş verənlər ətrafında anti-Azərbaycan təbliğatı aparır, dövləti və polisimizi hədəfə götürür, ölkəmizə qarşı “qara piar” kampaniyası aparmaq üçün hər cür saxtakarlığa baş vururlar.
Radikalların bütün təbliğatlarını saxtakarlıq üzərində qurduqları sübut olundu
Bu kampaniyanın tərkib hissələrindən biri də guya aksiyaya cəhdin qarşısını almağa çalışan polislərimizin aksiyaçılara qarşı “xüsusi amansızlıq” nümayiş etdirməsi barədə rəy yaratmaqdır. Ən acınacaqlısı isə odur ki, radikalların virtual aləmdə təxribatla məşğul olan üzvləri Avropanın göbəyində etiraz aksiyasında iştirak edənlərə qarşı polislərin amansız davranışını guya Azərbaycanda baş vermiş kimi təqdim etmək istəyirlər. Belə manipulyativ addımlardan biri kimi, “Səbuhi Hümbətov” adlı sosial şəbəkə istifadəçisi və digər dağıdıcı ünsürlərin “facebook” hesablarından etdikləri saxta paylaşımları göstərmək olar.
Məlumat üçün bildirək ki, saxtakarlar tərəfindən paylaşılan şəkildə əks etdirilən polis zorakılığının guya Bakıdakı qanunsuz aksiyada baş verdiyi iddia edilir. Lakin yalançının əməlinin ömrü uzun sürməyib. İfşa olunduğunu görən S.Hümbətov paylaşdığı statusu və yaydığı fotonu bir qədər sonra silib.
Həqiqət isə budur ki, həmin şəkil “thepublicsradio.org” saytından götürülüb. Yəni bu şəkil Azərbaycanda deyil, bu ilin may ayında Belçikanın, həmçinin Avropa İttifaqının paytaxtı hesab edilən Brüsseldə “sarı jiletlilər”in aksiyalarının dağıdılması zamanı çəkilib. Həmin saytda verilən yazıda polis zorakılığını əks etdirən xeyli şəkil var və aydın olur ki, Brüsseldə bu ilin may ayında 350 nəfər həbs olunub. Çox güman ki, polis ayaqları altında qalan həmin qadın da saxlanılanlar arasında olub.
Beləliklə, son dövrlər sosial şəbəkələrdə təxribat və saxta təbliğatla məşğul olan radikal müxalifətin daha bir əməli ifşa olundu. İndi hər şey gün kimi ortadadır. Yəni dağıdıcı düşərgənin təmsilçiləri aldıqları sifarişin müqabilində o qədər cılızlaşıblar ki, Azərbaycana qarşı qarayaxma kampaniyasında hər cür saxtakarlığı məqbul hesab edirlər. Üstəlik, bu dəfə onlar ikiqat ifşa olunublar. Belə ki, radikalların bir daha özlərini ifşa etdiyi bu nümunə həm onların bütün təbliğatlarını saxtakarlıq üzərində qurduqlarını sübut edir, həm də Avropada qanunsuz aksiyada iştirak edənlərin hansı təhlükə, necə bir polis zorakılığı ilə üz-üzə qaldıqlarını göstərir.
Bəzi beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edirlər
Avropadan söz düşmüşkən, 19 oktyabrda baş verənlərdən sonra təkcə radikal müxalifətin saxtakarlığı növbəti dəfə ortaya çıxmadı, eyni zamanda, bəzi beynəlxalq təşkilatların da ikili standartlardan çıxış etdiyi bir daha sübut olundu. Elə Avropa İttifaqının sözçüsünün Bakıda aksiya keçirilməsinə cəhd ilə bağlı açıqlaması da buna bariz nümunədir. Təsadüfi deyil ki, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın məsələyə münasibətində də Avropada baş verənlər və ikili standartlara yol verilməsinə etiraz bildirilib: “Qeyri-qanuni aksiyaların və hüquqazidd əməllərin qarşısının alınması hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycan Respublikasında da müvafiq hüquq-mühafizə qurumları tərəfindən təmin olunur. Aİ üzv ölkələrində baş verən qanunsuz aksiya iştirakçılarına münasibətdə görülən tədbirləri hamımız izləyirik və hesab edirik ki, bu məsələdə ikili standartlara yol verilməməlidir”.
Təmsilçilərinin tez-tez insan hüquqlarından danışdığı Avropa İttifaqına üzv dövlətlərin bir çoxunda baş verən qanunsuz aksiya iştirakçılarına qarşı görülən tədbirləri hamı, o cümlədən bizdəki Avropa, Qərb demokratiyasının heyranı olan radikallar da yaxşı görürlər. Lakin bəzi Avropa qurumları, xüsusilə Avropa İttifaqı bu birliyə üzv ölkələrin ərazisində son zamanlar kütləvi hal daşıyan iğtişaşlarda istifadə olunan güc tətbiqi, polis zorakılığı və insan ölümü halları barədə susurlar.
Uzağa getməyək, bu yaxınlara qədər Fransada “sarı jiletlilər”in keçirdiyi aksiyaların, elə son günlər İspaniyanın Kataloniya regionunda mərkəzi hakimiyyətin əleyhinə keçirilən mitinqlərin polis tərəfindən qəddarcasına dağıdılması, atlarla və itlərlə dinc nümayişçilərə hücum edilməsi heç bir beynəlxalq qurum tərəfindən sərt təqdim edilməyib. Amma Avropa İttifaqının üzvü olan həmin ölkələrdən fərqli olaraq, Azərbaycanda hüquq-mühafizə orqanlarının işçiləri öz işlərini peşəkarcasına yerinə yetirdiyi halda, bu qurum ölkəmizi hədəfə alıb. Bu isə bəzi Avropa qurumlarının, o cümlədən Avropa İttifaqının ikili standartlardan çıxış etdiklərini növbəti dəfə sübut edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

