Milli tariximizin həqiqi qürurverici məqamı
25.10.2019 [10:15]
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən 8 il ötür.
2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xalqımızın müasir tarixinə ən əlamətdar və qürur doğuran hadisələrindən biri kimi daxil olmuşdur. Dünyanın nüfuzlu təşkilatının ali orqanında ölkəmizin təmsil olunması prosesi müxtəlif mərhələlərdən və namizədliyini irəli sürmüş digər dövlətlərlə rəqabət şəraitində keçmişdir. Gizli səsvermənin 16-cı mərhələsindən sonra Azərbaycan səs çoxluğu ilə dünyanın 193 dövlətindən 155-nin dəstəyini qazanaraq, 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilmişdir.
Ölkəmizin əldə etdiyi bu tarixi nailiyyət ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və uzaqgörən xarici siyasətin nəticəsi kimi mümkün olmuşdur. Məlumdur ki, qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan dövlətlərin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına verdiyi töhfələr, BMT-nin digər məqsədlərinin reallaşması prosesində yaxından iştirak etmək imkanı, mövcud ölkənin beynəlxalq münasibətlər sistemindəki yeri və rolu kimi mühüm amillər nəzərə alınır. Azərbaycanın göstərilən parametrlərə uyğun və beynəlxalq aləmdə fəal şəkildə dəstəklənən xarici siyasət apardığı onun Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bir daha sübut edildi.
Erməni lobbisinin və Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində BMT-nin üzvü olan dövlətlərin əksəriyyətinin birbaşa dəstəyinə nail olmaq həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yüksək siyasi iradəyə söykəndiyini və qətiyyətli xarakter daşıdığını sübut etdi. Həmin ərəfədə ermənilər Azərbaycana qarşı məkrli və çirkin siyasi kampaniya aparsalar da, mənfur niyyətlərinə nail ola bilmədilər. Ermənistanın da ilkin mərhələdə Təhlükəsizlik Şurası üzvlüyünə öz namizədliyini irəli sürməsinə baxmayaraq, sonradan bu dövlətin diplomatik mübarizədə Azərbaycanla hər hansı bir rəqabət imkanına malik olmadığı üzə çıxdı və bunun etirafı olaraq namizədliyini geri götürmək məcburiyyətində qaldı.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin tarixi-siyasi əhəmiyyəti həm də ondan ibarətdir ki, bu hadisədən sonra ölkəmizin milli maraqlarının qlobal səviyyədə təmin edilməsi istiqamətində fəal səylər göstərilmiş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Şuranın iclaslarında müzakirə olunmuş və real həqiqətlər dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində təşkilatın 13 açıq və 16 qapalı iclası keçirilmişdir. Bununla yanaşı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyinə xüsusi diqqət yetirilmiş, bu məsələlər Şuranın qəbul etdiyi sənədlərdə öz əksini tapmışdır.
Əli Həsənov
Azərbaycan Respublikası
Prezidentinin İctimai-siyasi
məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

