/ / Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış “Müsavat” və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış “Müsavat” və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
20.11.2019 [10:06]
“Avropada mühacirlərin məsələsinin araşdırılması və məhkəmə qərarları ilə saxtakarlıq edənlərin həbs edilməsi, deportasiyası Azərbaycanın müxalifət partiyalarını - “Müsavat”ı və AXCP-ni çətin vəziyyətdə qoyub. Bu günə qədər on minlərlə dollar pulunu almış və əvəzində saxta arayış, saxta partiya vəsiqəsi verməklə insanları Avropanın mühacir kamplarında yaşamağa məcbur edən radikal müxalifət düşərgəsinin təmsilçiləri - “Müsavat” və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir”. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, Almaniyada və Fransada keçirilən məhkəmə proseslərində təkcə Müsavat Partiyasının Avropa törəməsi olan AKM-in adı 300 min avroluq korrupsiya hadisəsində hallanır: “Əlbəttə ki, AXCP də siyasi mühacir alveri işindən xeyli gəlir əldə edib. Xatırladaq ki, bir müddət öncə Qənimət Zahidin “Azərbaycan saatı” kanalında canlı yayım zamanı zəng edən AXCP üzvü qeyri-ixtiyari olaraq Əli Kərimlini ifşa etmişdi. Zəng edən cəbhəçi bildirdi ki, bu günə qədər ona Avropaya getmək üçün 500 nəfər müraciət edib. Onlardan biri sənədləri yığmaq üçün 10 min manat xərcləyib. Təkcə AXCP-nin vəsiqəsini almaq üçün isə 3 min manat xərc çəkib. Cəbhəçinin sözlərinə görə, 10 min manat xərc çəkilsə də, 3 min manata AXCP-nin vəsiqəsi alınsa da, bütün sənədlərin keçərli olması üçün həmin şəxsin Əli Kərimli ilə mütləq şəkli olmalıdır. Bu cür faktlardan sonra AXCP sədri Avropada zillət içində yaşayan, intihar etməyə məcbur olan mühacirlərin məsuliyyətini boynundan atmağa cəhd göstərir”.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, Almaniyada və Fransada aparılmış araşdırmaların nəticəsində Müsavat Partiyasının verdiyi saxta arayışlarla və vəsiqələrlə oturum almağa çalışan xeyli soydaşımız saxlanılıb, deportasiya edilib: “Bu cür hallar AXCP-nin verdiyi saxta arayış və vəsiqələrlə də əlaqədar müşahidə edilib. Məsələn, AXCP üzvü Nadir Məmmədov 2017-ci ildə Almaniyadan deportasiya olunub. Bu ölkədən sığınacaq istəyən Nadir Məmmədova yerli məhkəmə rədd cavabı verib. Alman məhkəməsi onun sənədlərinin saxta olduğunu təsdiq edib. Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə Avropaya gedənlərdən biri barədə isə cinayət işi açılıb. Elnur Aydın oğlu Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 maddəsi ilə şübhəli şəxs qismində istintaqa cəlb edilib. Yaşadığı ölkənin məhkəmə orqanı “müsavat”çının sənədlərinin saxta olduğunu aşkarlayaraq digər ölkəyə deportasiya edilməsinə qərar verib. Təəccüblüdür ki, Müsavat Partiyası da onun sənədlərinin saxta olduğunu təsdiqləyib. Həmçinin Elnur Mirzəyevlə bərabər Hollandiyaya getmiş “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev də deportasiya olunub. Hollandiya məhkəməsi ona bu ölkədə yaşamağa icazə verməyib”.
“Ortaya bu qədər faktın çıxmasından sonra hər kəsə bəlli olur ki, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli nə üçün mitinq çağırışları edirlər, hətta icazəsiz aksiyaları şəhərin mərkəzinə salırlar”, - deyən Vüqar Rəhimzadə əlavə edib ki, AXCP-nin və “Müsavat”ın piket xarakterli yığıncaqlarında iştirak edənlər Avropaya qaçmaq üçün şəkil çəkdirirlər ki, lazım olanda guya “müxalifətçi” olduqlarını sübut edə bilsinlər. Bu əməliyyatdan sonra isə, əlbəttə, Əli Kərimlinin və Arif Hacılının “bazar”ı açılır. Verilən hər saxta arayışın qiyməti 2-3 min avro ətrafında dəyişir: “Artıq Avropada Əli Kərimlinin və Arif Hacılının saxta müxalifətçiləri bir-birinin ardınca ifşa olunur və həmin şəxslər ölkələrdən deportasiya olunurlar. Odur ki, indi radikal düşərgənin “qanı qaradır”. “Mühacir biznesi” sürətlə çökür və bazar bağlanır. Necə deyərlər, ayaq tutan yalanları daha yerimir”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27

