/ / Azərbaycanda həyata keçirilən sosial siyasət əhalinin bütün təbəqələrinin rifah halının daha da yaxşılaşmasına xidmət edir
Azərbaycanda həyata keçirilən sosial siyasət əhalinin bütün təbəqələrinin rifah halının daha da yaxşılaşmasına xidmət edir
20.12.2019 [09:47]
Prezident İlham Əliyevin bu günlərdə təsdiqlədiyi müvafiq qanunlar ölkəmizdə sosial siyasətin bundan sonra da uğurla davam etdirilməsinə real əsaslar yaradır
Azərbaycanda ardıcıllıqla həyata keçirilən sosial siyasətin səmərəliliyini artırmaq üçün həm praktiki müstəvidə genişmiqyaslı tədbirlər görülür, həm də hüquqi baza getdikcə təkmilləşdirilir. Prezident İlham Əliyevin 2019-cu il 16 dekabr tarixində “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1698-VQ nömrəli Qanununun tətbiqi barədə” Fərman imzalaması, bundan əvvəl isə “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanunlarını təsdiqləməsi deyilənləri əyani şəkildə sübut edir. Bəhs olunan qanunlar hazırlanarkən dünyanın ayrı-ayrı ölkələrinin müsbət təcrübəsi, zamanın dəyişən tələbləri və əlbəttə ki, ölkəmizin imkanlarının genişlənməsi nəzərə alınıb.
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü aparılır
Azərbaycan sosial dövlətdir. Ölkəmizdə əhalinin rifah halının davamlı olaraq yüksəldilməsinə hesablanan dərin məzmunlu sosial siyasət ardıcıl səciyyə daşıyır. Başqa sözlə desək, respublikamızın iqtisadi-maliyyə imkanlarının genişlənməsinə adekvat olaraq sosial sferada həyata keçirilən məqsədyönlü tədbirlərin də əhatə dairəsi genişləndirilir. Aparılan islahatlar, o cümlədən də vergi və gömrük orqanlarında şəffaflığın təmin edilməsi nəticəsində qazanılan əlavə vəsaitlər bilavasitə insanların gəlir imkanlarının artırılmasına yönəldilir. Ölkəmizdə ədalətli resurs bölgüsü yüksək səviyyədə təmin edilir - qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Ölkədə həyata keçirilən sosial siyasət əhalinin bütün təbəqələrinin rifah halının daha da yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, respublikada aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Bütövlükdə, ölkəmizdə sosial sferada vəziyyəti dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatdırmaq hədəflənib. Bu strateji xəttə uyğun olaraq son illərdə ölkəmiz insan inkişafı göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. 2019-cu il respublikamızda sosial islahatlar ili kimi səciyyələndirilə bilər. Respublikamızda cari ilin əvvəlindən reallaşdırılan sosial islahatlar bir tərəfdən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktiki nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də dövlətimizin gücünü nümayiş etdirir. Elan olunan və iki mərhələdə həyata keçirilən sosial islahatların maliyyə yükü kifayət qədər böyükdür. Ümumilikdə, hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manatdır. Bütövlükdə, cari ildə və perspektivdə reallaşdırılacaq sosial islahatların həyata keçirilməsinə 5.2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur. Reallaşdırılan böyük sosial paket çərçivəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb. O cümlədən minimum pensiyanın və minimum əməkhaqqının bir ildə iki dəfə artırılması böyük sosial əhəmiyyət daşıyır. Qeyd edək ki, son 10 ayda əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb. Ölkəmizdə perspektivdə də əhali gəlirlərinin artımı proqnozlaşdırılır.
Dövlət başçısının sosial sfera ilə bağlı yeni qanunları təsdiqləməsi ölkəmizdə həyata keçirilən siyasəti əks etdirir
O cümlədən dövlət başçısının “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1698-VQ nömrəli Qanununun tətbiqi barədə” Fərman imzalaması, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanunlarını təsdiqləməsi ölkəmizdə həyata keçirilən siyasəti əks etdirir. Yeni qanunların qəbul edilməsi bir daha təsdiqləyir ki, Azərbaycan dövləti ölkə vətəndaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsinə qətiyyətli siyasi iradə göstərir və bu istiqamətdə siyasətini perspektivdə də eyni ardıcıllıqla davam etdirəcək. Çox haqlı olaraq, bu günlərdə dövlət başçısı tərəfindən sosial sfera ilə bağlı bir sıra qanunların təsdiqlənməsi əhalinin müxtəlif təbəqələrinin rifah halının yaxşılaşdırılmasına hesablanan mühüm addım kimi səciyyələndirilir. Ümumi qənaət belədir ki, yeni qanunlar və qanunlara dəyişikliklər ölkəmizdə vətəndaş rifahının daha yüksək səviyyəyə çatdırılmasına, həssas qruplara, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ailə başçısını itirmiş ailələrə yönələn dövlət qayğısının artırılması sahəsində atılan ardıcıl addımların uğurla davam etdirilməsinə, eyni zamanda sosial təminat sisteminin təkmilləşdirilməsinə, bu sahədə sosial ədalət prinsipinin təminatına xidmət edir.
Yeni qanunlar sosial sfera ilə bağlı məsələlərin geniş spektrini əhatə edir. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manata çatdırılıb. 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Deyilənlərdən də göründüyü kimi, bəhs olunan qanunlar ölkəmizdə sosial siyasətin bundan sonra da uğurla davam etdirilməsinə real zəmin yaradır.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53

