Prezident İlham Əliyev: İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir
15.01.2020 [09:37]
Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq, dünyada islam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, islam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 95-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının Ramazan ayı münasibətilə iftar mərasimində iştirakı zamanı söylədiyi nitqində yer alıb.
Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin mayından avqust ayınadək olan dövrü əhatə edir.
Çoxcildliyin 95-ci kitabına Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Polşa Respublikasının Prezidenti Andjey Duda, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Sürəyya Sadi Bilgiç, ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli, UNESKO-nun baş direktoru Odre Azule ilə görüşlərinə və danışıqlarına dair materiallar daxil edilib. Nəşrdə Azərbaycan Prezidentinin Çin, Almaniya, Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və digər dövlətlərin, Avropa İttifaqının, NATO-nun, Ümumdünya Gömrük Təşkilatının, Dünya Bankının yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi barədə xəbərlər verilib.
Oxucu bu kitabda Azərbaycan Prezidentinin 28 May - Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda nitqinin mətni, XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında, Bakıda bir sıra infrastruktur obyektlərinin, paytaxtın Pirallahı rayonunda məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinin açılış mərasimlərində iştirakı, həmçinin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirə haqqında informasiyalarla tanış ola bilər.
Prezident İlham Əliyevin “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbriki, “Tarixi şəhərlərdə kütləvi turizm” beynəlxalq memarlıq forumunun, “Bakı ürək günləri” VI Beynəlxalq Konqresinin və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransının, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinin, “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Vyanada keçirilmiş beynəlxalq konfransın iştirakçılarına məktubları və digər məktublar da yeni nəşrə daxil edilib.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 95-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

