/ / Cavanşir Feyziyev: Avropa Parlamenti Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrə vahid yanaşma metodunu dəstəkləyir
Cavanşir Feyziyev: Avropa Parlamenti Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrə vahid yanaşma metodunu dəstəkləyir
17.01.2020 [09:42]
“Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə illik Hesabatının müzakirəsi olub. Bu Hesabat hər ilin sonunda AP-nin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanır və Plenar sessiyaya təqdim olunmamışdan öncə siyasi qruplarda və daha sonra Komitənin özündə geniş müzakirə olunur. Müzakirələr zamanı AP üzvləri mənsub olduqları siyasi qruplar adından düzəlişlər və əlavələr etmək hüququna malikdirlər. Plenar sessiyanın müzakirəsinə təqdim olunana qədər bu Hesabatın üzərində kifayət qədər əlavə və düzəliş işləri aparılır”. Bu fikirləri Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.
C.Feyziyev bildirib ki, ənənəvi olaraq bu Hesabatda Avropa İttifaqının ötən il ərzində xarici siyasət sahəsində apardığı fəaliyyət təhlil olunur və növbəti il üçün qarşıda duran vəzifələr və eləcə də beynəlxalq siyasətdə yer alan tendensiyalara münasibətdə Avropa İttifaqının strategiyası müəyyənləşdirilir. Hesabat AP-də müzakirə olunub qəbul edildikdən sonra Aİ-nin xarici siyasət fəaliyyəti üçün doktrinal sənəd rolunu oynayır. Bu baxımdan həmin sənədin hansı şəkildə qəbul olunması, xüsusilə də Azərbaycanın da daxil olduğu Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə münasibətdə Aİ-nin siyasətində hansı istiqamətlərin müəyyən edilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, plenar sessiyada iştirak edən 704 nəfərdən 454 nəfərin lehinə və 148 nəfərin əleyhinə səs verməsi ilə qəbul olunmuş builki Hesabatda Azərbaycanın maraqlarına cavab verən və ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına xidmət edən bir sıra müddəalar yer alıb. Belə ki, artıq 3-cü ildir ki, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Hesabatında bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur və ən başlıca məqam ondan ibarətdir ki, budəfəki sənəddə ərazi bütövlüyü məsələsi “beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində” ifadəsi ilə birgə təqdim olunmuşdur ki, bu da məhz Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşür. Sənəddə həmçinin ŞT-yə daxil olan bütün ölkələrdə münaqişələrdən əziyyət çəkən insanlara münasibətdə də eyni yanaşma sərgilənir və onlara lazımi yardımların göstərilməsinin zəruriliyi vurğulanır.
Əvvəlki illərdə olduğu kimi, bu dəfə qəbul olunmuş sənəddə də ermənipərəst qüvvələrin təklif etdiyi düzəlişlər, xüsusilə “xalqların öz müqəddəratını təyinetmə hüququ” ifadəsi hesabatda yer almayıb və bu da bizim maraqlarımıza tamamilə uyğundur. Bu artıq onu göstərir ki, Şərq Tərəfdaşlığı ölkələri ərazilərində baş verən münaqişələrə Aİ-nin yanaşması sabitləşmiş, bütün münaqişələrə eyni prizmadan, yəni beynəlxalq hüquq normaları prizmasından baxılması vahid yanaşma metodu kimi qəbul olunmuşdur.
“Keçən il AP-yə seçkilərdən sonra Federika Mogerininin xidmət müddəti başa çatıb və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yeni Ali nümayəndəsi İspaniyanın sabiq Xarici İşlər naziri Jozef Borrel seçilib. Bu sənəd cənab Jozef Borrelin öz fəaliyyətində rəhbər tutacağı vacib bir siyasi sənəddir və yeni Ali nümayəndə tərəfdaş ölkələrə dair siyasətini müəyyənləşdirərkən mütləq qaydada bu sənədə istinad edəcəkdir. Bu sənəd Avropa Komissiyasının fəaliyyəti üçün doktrinal əsas təşkil edir və Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin tənzimlənməsində bir növ Yol Xəritəsi rolunu oynayır. Bu baxımdan, qəbul olunmuş sənəd Avropa Komissiyasının mövcud münaqişələrə münasibətdə bu hesabatda əks olunmuş mövqedən fərqli bir yanaşma ortaya qoya bilməsini kifayət qədər məhdudlaşdırır.
Aİ və Azərbaycan arasında hazırlanan strateji tərəfdaşlıq müqaviləsinin siyasi münasibətlər fəslində də Aİ tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi təsbit edilmişdir. Bu gün qəbul olunmuş hesabatda öz əksini tapmış müddəalar Aİ və Azərbaycan Respublikası arasında hazırlanan Strateji Tərəfdaşlıq Müqaviləsinin gələcəkdə AP-də müzakirəsi zamanı da əsas rolunu oynayacaq. Bu baxımdan da bu gün böyük səs çoxluğu ilə qəbul olunmuş Hesabatın ölkəmiz üçün siyasi əhəmiyyəti olduqca böyükdür. Bu kontekstdə yeni əməkdaşlıq müqaviləsinin imzalanmasının gecikdirildiyini iddia edən və bunu hakimiyyət əleyhinə istifadə etmək üçün qərəzli şəkildə şərh etməyə çalışan müxalif qüvvələr də anlamalıdırlar ki, Azərbaycan hökuməti öz xarici siyasətini müəyyənləşdirərkən yalnız ölkəmizin milli maraqlarından çıxış edir. Avropa İttifaqının özü ölkəmizə qarşı siyasətində ikili standartlardan uzaqlaşmayınca bizim Aİ ilə əməkdaşlığımızın dərinləşdirilməsində heç bir fayda yoxdur. Bu kimi sənədlərin qəbul olunması isə Aİ-ni gec-tez bütün Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrə eyni mövqedən yanaşılmasının vacibliyinə inandırmalıdır”, - deyə Cavanşir Feyziyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14

