/ / ADA Universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib
ADA Universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib
18.01.2020 [11:13]
Yanvarın 17-də ADA Universiteti Xarici İşlər Nazirliyi ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə xarici ölkələrin səfirləri, bu ali təhsil müəssisəsinin müəllimləri və tələbələri iştirak ediblər.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tədbiri açaraq 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi, şəhidlərin isə ilk qəhrəmanlarımız olduğunu söyləyib. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, Azərbaycan xalqı 20 Yanvarı həm kədərlə, həm də qürurla qeyd edir. Qürurla ona görə qeyd edir ki, 20 Yanvar müstəqilliyimizin müəyyənləşdirilməsində çox mühüm rol oynayıb.
Hafiz Paşayev ABŞ-da 20 Yanvar faciəsi ilə bağlı dərc edilən məqalələrdən, kitablardan söz açıb. O deyib ki, Azərbaycanın müstəqillik hərəkatı ilə bağlı həqiqətləri amerikalılara çatdırmaq çox vacib idi. Onlar bu mövzuya çox dərindən yanaşdılar. 1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi və o hadisələr zamanı baş verənlər haqqında çoxlu yalan məlumatlar var idi.
Xarici İşlər naziri Elmar Məmmədyarov deyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı hadisələrdən biridir. Bu faciənin törədilməsinin müxtəlif səbəbləri var idi. Bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı. Guya keçmiş sovet qüvvələri Azərbaycan xalqını qorumağa gəlmişdi. Lakin SSRİ Müdafiə naziri Dmitri Yazov sonradan demişdi ki, onların əsas məqsədi sovet idarəçiliyini qorumaq, qeyri-kommunist, milli qüvvələri cəzalandırmaq idi. Onlar, eyni zamanda, bununla digər sovet ölkələrindəki milli qüvvələrə bir dərs vermək istəyirdilər. İyirmi Yanvar faciəsi Azərbaycanda 70 illik sovet idarəçiliyinin sona çatmasına səbəb oldu.
Nazir Sumqayıt hadisələrinin başvermə səbəblərindən də danışıb. O qeyd edib ki, bu hadisələrin arxasında da müəyyən qüvvələr dayanırdı. Sumqayıt hadisələri zamanı Eduard Qriqoryan şəxsən Sumqayıtda 6 ermənini qətlə yetirmişdi.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, 20 Yanvar faciəsi təkcə elə həmin gecə baş verən bir hadisə deyildi. 20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən bir hadisə kimi baxmaq lazımdır. Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə prosesi aparılırdı və bu proses Dağlıq Qarabağda da həyata keçirildi. Bu proseslər məhz Ulu Öndər Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra həyata keçirildi. İyirmi Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi. Bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi. Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Ulu Öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə getməsi və orada mətbuat konfransı keçirməsindən sonra beynəlxalq mediada fərqli mənzərə yarandı. Prezidentin köməkçisi qeyd edib ki, sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq idi. Ancaq bu, mümkün olmadı. Biz müstəqilliyimizi əldə etməyə nail olduq.
Tədbir digər çıxışlarla davam edib.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35

