Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tatarıstanlı müşahidəçi: Seçicilərin iradələrini sərbəst ifadə etmələri üçün bütün imkanlar yaradılıb

Tatarıstanlı müşahidəçi: Seçicilərin iradələrini sərbəst ifadə etmələri üçün bütün imkanlar yaradılıb

10.02.2020 [11:26]

Bir neçə məntəqədə səsvermənin gedişini müşahidə etmişik. Məntəqələr müasir avadanlıqla təchiz edilib. Ən əsası budur ki, seçicilərin iradələrini sərbəst ifadə etmələri üçün bütün imkanlar yaradılıb. Bu onu göstərir ki, deputat seçkilərinə ciddi hazırlıq görülüb.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisə keçirilən seçkiləri izləyən tatarıstanlı müşahidəçi Artiyon Elizarov söyləyib.
O deyib: “Azərbaycanda deputat seçkiləri yüksək əhval-ruhiyyədə keçir. Deyərdim ki, bu seçkilər ölkədə demokratiyanın dərinləşməsində növbəti mühüm addımdır. Müşahidə apardığım məntəqələrdə növbələrin şahidi oldum. İnsanlar məntəqələrə gələrək fəallıqla seçici hüququndan istifadə edirlər. Dairə və məntəqələrdə həm də çoxsaylı müşahidəçilər gördüm. Seçkilər azad, demokratik və şəffaf keçib”.

Paylaş:
Baxılıb: 353 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31