Azərbaycanda parlament seçkiləri azad, demokratik, şəffaf və ədalətli keçirildi
10.02.2020 [11:51]
2 milyon 547 min 982 seçicinin səsvermədə iştirak etdiyi seçkilərdə yüksək seçici fəallığı və mütəşəkkillik müşahidə olunub
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ümumiyyətlə, respublikamız demokratik ölkə kimi pozitiv beynəlxalq imicə malikdir. Xüsusilə də, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Buna paralel olaraq ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir. Başqa sözlə, şəffaf və ədalətli seçkilər Azərbaycanda demokratik siyasi sistemin başlıca göstəricisidir. Bu kontekstdə digər bir nüansa da toxunmaq vacibdir. Belə ki, Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun olaraq formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də siyasi sistemin demokratiklik səviyyəsinin nümunəvi xarakter daşıdığını göstərir.
Yeri gəlmişkən, dünən Azərbaycanda VI çağırış Milli Məclisə keçirilmiş seçkilər bu müsbət reallıqların daha bir təsdiqi və dolğun ifadəsi oldu. Yüksək seçici fəallığı və mütəşəkkilliklə baş tutan parlament seçkiləri demokratikliyi ilə yadda qaldı.
Ümumiyyətlə, seçkilərin keçirildiyi şərait, nəticələrin obyektivliyi hər bir ölkədə demokratiyanın hansı səviyyədə inkişaf etdiyini göstərən mühüm faktorlardandır. Gənc müstəqil dövlət olan Azərbaycanda baş tutan parlament seçkiləri isə ölkəmizin demokratik prinsiplərin, ənənələrin bərqərar olması yönündə böyük uğurlar əldə etdiyini bir daha təsdiqlədi. Belə ki, fevralın 9-da Milli Məclisə keçirilən seçkilər şəffaflığı və rəqabətliliyi ilə beynəlxalq müşahidəçilərin diqqətini cəlb edib. Əslində, seçkilərin ədalətli keçiriləcəyi qabaqcadan heç kimdə şübhə doğurmurdu. Çünki dövlət bütün namizədlərin seçkiqabağı kampaniyanı sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şəraiti yaratmışdı. Fərqli siyasi dünyagörüşünə malik qüvvələrin, siyasi partiyaların prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq bütün namizədlərə bərabər şəraitin yaradılması və digər çoxsaylı amillər seçkinin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaratmışdı. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişdilər. Ümumiyyətlə, Azərbaycan bu seçkilərə də müsbət reallıqların fonunda getdi. O mənada ki, seçkiöncəsi mühiti dəyərləndirən ekspertlər öncəliklə sabitlik amilini irəli çəkdilər. Mütəxəssislərin rəyinə görə, mövcud ictimai-siyasi sabitlik demokratik seçkilərin keçirilməsini, seçicilərin öz iradə və rəylərini ifadə etmələrini şərtləndirən mühüm strateji amildir. Digər tərəfdən, ölkəmizdə mükəmməl - müasir tələblərə və beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin mövcud olması, seçki kampaniyasında hər kəs üçün bərabər şərait yaradılması xüsusi olaraq vurğulanır. Müvafiq seçki qurumlarının yüksək səviyyədə hazırlıq işlərini həyata keçirməsi, seçki komissiyalarının fəaliyyətinin müasir normalara uyğun qurulması da prosesin təşkili ilə bağlı olduqca müsbət qiymətə layiqdir. Bunlarla yanaşı, mövcud demokratik və plüralist şərait fonunda seçki marafonunda rekord sayda namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu və prosesə böyük ictimai marağı bariz şəkildə əks etdirir. Beləliklə, Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirildi və bu, seçkilərin azad, demokratik və şəffaf şəkildə baş tutmasını təmin edən fundamental amil oldu.
Məlumat üçün qeyd edək ki, seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilib. Məntəqələrdə 5 milyon 329 min 460 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb. Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparıb. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil ediblər. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790-dır. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləridir. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Parlament seçkilərinin gedişini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırıb. Bu KİV-lər 47 ölkəni təmsil ediblər. Buraya ABŞ, Meksika, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrin media təmsilçiləri daxildir. Səsvermə günü saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanıb. Bütövlükdə, 2 milyon 547 min 982 seçicinin səsvermədə iştirak etdiyi seçkilərdə yüksək seçici fəallığı və mütəşəkkillik müşahidə olunub.
Beləliklə, Azərbaycanda parlament seçkiləri uğurla baş tutdu. Yüksək seçici fəallığı ilə müşahidə olunan Milli Məclisə seçkilər azad, demokratik, şəffaf və ədalətli keçirildi. Nəticə etibarilə, Azərbaycan demokratik inkişaf yolunda inamla irəlilədiyini bir daha sübut etdi və bu seçki ölkəmizdə demokratiyanın növbəti qələbəsi kimi dəyərləndirilə bilər. O da xüsusi qeyd edilməlidir ki, ilkin nəticələr, o cümlədən seçkilərin gedişatını izləyən bir sıra mötəbər beynəlxalq sorğu mərkəzlərinin - “exit-poll”ların elan etdikləri nəticələr seçkilərə zəfər əzmi ilə qatılmış ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının növbəti dəfə möhtəşəm nailiyyət - qələbə qazandığını deməyə əsas verir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

