Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Slovakiya parlamentinin üzvü: Seçkilərdə hər şey demokratik qaydada təşkil olunub

Slovakiya parlamentinin üzvü: Seçkilərdə hər şey demokratik qaydada təşkil olunub

11.02.2020 [09:42]

Müşahidə apardığım bütün seçki məntəqələrində insanlarla ünsiyyətdə oldum, heç bir qanun pozuntusu ilə qarşılaşmadım.
AZƏRTAC xəbər verir ki, bunu Slovakiya parlamentinin müşahidə missiyasının üzvü, Slovakiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek bildirib.
Seçkilərdə hər şeyin demokratik qaydada təşkil olunduğunu qeyd edən P.Marçek deyib: “Məntəqələrdə vətəndaşlarla ünsiyyətdə olan zaman gördüm ki, onlar hamısı parlament seçkilərində iştirak etməkdə maraqlıdırlar”.
Azərbaycanda 10-cu dəfə olduğunu deyən P.Marçek bildirib ki, ötən illər ərzində Bakı çox dəyişib, şəhər inkişaf edib. “İş adamlarımıza demək istəyirəm ki, Azərbaycanda investisiya qoymaq üçün münbit şərait var”, - deyə o əlavə edib.

Paylaş:
Baxılıb: 343 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31