/ / Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilatdır
Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilatdır
14.04.2020 [10:19]
Prezident İlham Əliyev: Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür
Xəbər verildiyi kimi, aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Zirvə görüşünün iştirakçıları yekdil qənaət ifadə edərək bildiriblər ki, epidemiyanın daha geniş arealda yayılmasının qarşısının alınması məqsədilə tədbirlər müəyyənləşdirilməli və səylər birləşdirilməlidir. Beynəlxalq aləmin bir nömrəli çağırışı ilə əlaqədar belə bir konfransın keçirilməsi təşəbbüsü isə Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevdən gəlib. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında qlobal pandemiya şəraitində Türk Şurasına üzv dövlətlərin Azərbaycanın təşəbbüsünə dəstək vermələrini yüksək dəyərləndirib. “Mən sizin hamınızı səmimiyyətlə salamlayıram. Azərbaycanın sədr ölkə kimi irəli sürdüyü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədiyiniz üçün təşəkkürümü bildirirəm. Bu təşəbbüsün irəli sürülməsindən bir neçə gün sonra Zirvə görüşünün təşkili göstərir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulubdur”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Türk Şurasına sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl səylər göstərir
Türk xalqları və onların öz dədə-baba torpaqlarında yaratdıqları dövlətlər mürəkkəb geosiyasi şəraitdə, dünyanın heç də hamar olmayan düzənində, bəzən ziddiyyətli məqamlarla səciyyələnən yeni çağırışlar fonunda öz güclərini birləşdirməyə böyük səy göstərirlər. Türkdilli xalqların və dövlətlərin bu istiqamətdə sərgilədikləri səylər bir tərəfdən özlərinin zəngin ortaq dəyərlərinin qloballaşan dünyada itməsinə yol verməmək, əksinə onları daha da dolğunlaşdırmaq istəyi ilə bağlıdırsa, digər tərəfdən də öz imkanlarını təqdim etməklə regional və qlobal inkişafa yeni töhfələr vermək niyyətindən qaynaqlanır.
Bu kontekstdə 3 oktyabr 2009-cu il tarixində Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin çox böyük səyləri sayəsində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Saziə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Yeni yaradılan quruma qısaca olaraq Türk Şurası da deyilir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.
Çox haqlı olaraq Naxçıvan sazişi türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsinin, bütövlükdə dünyada türk birliyinin inkişafında yeni mərhələ kimi səciyyələndirilir. Beynəlxalq hökumətlərarası təşkilat qismində çıxış edən Türk Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdən ibarətdir. Bütövlükdə, qurumun fəaliyyətinin əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, Türk Şurasının Naxçıvan Sazişi ilə müəyyənləşdirilən vəzifələri sırasına tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi, hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər daxildir.
Çox qısa müddətdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası səmərəli fəaliyyət göstərən bir platformaya çevrilib. O cümlədən Azərbaycan qurumun funksionallığının artmasına sanballı töhfələr verir. Qeyd edək ki, Türk Şurasının üçüncü Zirvə Görüşü rotasiya prinsiplərinə uyğun olaraq 16 avqust 2013-cü il tarixində Qəbələ şəhərində keçirilib. Ötən ildən başlayaraq Azərbaycan Türk Şurasına sədrlik edir. Ölkəmiz üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə, koordinasiya edilmiş fəaliyyətin gücləndirilməsinə hesablanan fəal təşəbbüslərlə çıxış edərək üzərinə düşən missiyanı böyük uğurla yerinə yetirir. Bəhs olunan çıxışında bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Hörmətli həmkarlar, bildiyiniz kimi, keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü Bakıda keçirildi. Azərbaycan bu Zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Dərhal Azərbaycan sədr ölkə kimi fəaliyyətə başladı. Sədrlik etdiyimiz dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstəririk”, - deyə vurğulayıb.
Qurumda təmsil olunan dövlətlər arasında əlaqələr ən müxtəlif istiqamətlərdə inkişaf edir. Humanitar sahə burada, heç şübhəsiz ki, qırmızı xətt kimi keçir. Bu da onunla bağlıdır ki, humanitar-mədəni sahə, o cümlədən dil, din, məişət, həyat tərzi oxşarlığı türkdilli ölkələri birləşdirən ən mühüm amillərdir. Bu gün türk dünyasında ortaq dəyərlərin qorunmasında və təbliğində TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar müstəsna rol oynayırlar. Vurğulamaq yerinə düşər ki, sonuncu qeyd edilən qurum TDƏŞ-in 2012-ci ildə Bişkekdə keçirilmiş İkinci Zirvə Görüşündə məhz Azərbaycanın təşəbbüsü ilə yaradılıb və hazırda beynəlxalq təşkilat kimi fəaliyyət göstərir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti dövründə Azərbaycanın, Türkiyənin, Qırğızıstanın və Qazaxıstanın məktəb proqramlarına “Ümumtürk tarixi” dərsliyinin daxil edilməsi çox əlamətdar bir haldır. İndiyədək Türk Akademiyası tərəfindən tarix üzrə 90-dan çox kitab nəşr edilib, xalqlarımızın dörd əsrlik mədəniyyət mirasının toplandığı “Atalar mirası” portalı istifadəyə verilib. Gələcəkdə müxtəlif bayramların müştərək qeyd edilməsi məsələsi də gündəmdədir. Bu kimi tədbirlər türkdilli xalqların ənənələrinin yaşaması, mədəniyyətlərinmizin zənginləşməsi baxımından böyük əhəmiyyət daşıyır.
Türk Şurasına üzv ölkələrin iqtisadiyyatı üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir
Humanitar-mədəni sahə Türk Şurasında bir araya gələn dövlətləri birləşdirən yeganə istiqamət deyil. Qurumda təmsil olunan ölkələr həmçinin iqtisadi sferada fəal əməkdaşlıq edirlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edildikdən sonra iqtisadi əməkdaşlıq çərçivəsində müvafiq qurumların yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum təşkil olunub. Bu görüşlərdə və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar böyük aktuallıq daşıyır. Azərbaycan iqtisadi sahədə, xüsusilə də nəqliyyat sektorunda Türk Şurasında birləşən ölkələrə geniş imkanlar təqdim edir. Məlumdur ki, respublikamız son illərdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında özünün nəqliyyat-logistika infrastrukturunu əhəmiyyətli dərəcədə müasirləşdirməyə nail olub. Respublikamızın ərazisindən həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri keçir. Azərbaycanın moderatorluğu ilə yaradılan Bakı-Tbilisi-Qars dəmir yolu türkdilli dövlətlər arasında inteqrasiyanın dərinləşməsinə çox mühüm töhfədir. Respublikamızın təşəbbüsü ilə yaradılan yeni dəhliz Asiyanı Avropa ilə birləşdirən ən qısa marşrutdur. Eyni zamanda, Azərbaycanın böyük investisiya qoyuluşu hesabına Xəzər sahilində yaratdığı Ələt limanı ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın tranzit daşımaları üçün əlavə tədbirlər gördüyünü nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir”. Hazırda regional tərəfdaşlarla birgə fəaliyyət nəticəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin normal fəaliyyəti təmin edilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yükün Azərbaycan vasitəsilə daşınması təmin edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. Zirvə görüşündə də bildirildiyi kimi, görülən tədbirlər vətəndaşların sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatların davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır.
Qlobal pandemiya şəraitində fövqəladə Zirvə görüşünün keçirilməsi Türk Şurasına üzv ölkələrin həmrəyliyinin bariz nümunəsidir
Biz koronavirus pandemiyasının baş qaldırdığı ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların çaşqın durumda qaldıqlarının və özünəqapanma yolunu seçmələrinin şahidi oluruq. Halbuki, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə beynəlxalq birliyin həmrəyliyə və əməkdaşlığa daha çox ehtiyacı vardır.
Deyilənlər baxımından Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sərgilədiyi mövqe təqdirəlayiqdir. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında qlobal pandemiya şəraitində Türk Şurasına üzv dövlətlərin səylərini yüksək dəyərləndirərək vurğulayıb ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. “Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutan Zirvə görüşünün əsas məqsədi də milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsidir. Əlamətdar haldır ki, mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq qurumlarla əməkdaşlığa hazırdır. Həmçinin Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

