/ / Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş “seçkilər” Ermənistanın mövqeyinə növbəti böyük zərbə oldu
Qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş “seçkilər” Ermənistanın mövqeyinə növbəti böyük zərbə oldu
18.04.2020 [11:24]
Əksər dövlətlər və aparıcı beynəlxalq təşkilatlar qanunsuz xunta rejimini tanımadığını açıq-aydın bəyan etdi
Məlum olduğu kimi, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə martın 31-də keçirilən qondarma “seçkilər” əksər beynəlxalq qurumlar və dövlətlər tərəfindən kəskin şəkildə pisləndi və rədd edildi. Lakin beynəlxalq ictimaiyyət tərəfindən tənqid edilməsinə baxmayaraq, Ermənistan tərəfi öz məsuliyyətsiz addımlarını davam etdirərək aprelin 14-də təkrar “seçkilər” təşkil olunduğunu elan edib. Beləliklə, dünya birliyinin tanımadığı “seçki” şousunun yeni mərhələsini davam etdirməklə işğalçı Ermənistan bir daha bütün beynəlxalq hüququn prinsiplərinə məhələ qoymadığını, hətta beynəlxalq ictimaiyyətin rəyinin onun üçün maraqlı olmadığını nümayiş etdirib.
Digər tərəfdən, bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın işğal olunmuş ərazilərdə dalbadal “seçki” təşkil etməsi də dünya ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanıb. Elə verilən bəyanatlarda da işğalçı Ermənistanın “seçki” şousu həm də məsuliyyətsiz addım kimi dəyərləndirilib. Eyni zamanda Ermənistanın özündə də bəzi siyasi partiyalar pandemiya dövründə “seçki” keçirilməsini tənqid ediblər.
Beləliklə, qondarma “seçkilər” Ermənistanın mövqeyinə növbəti böyük zərbə oldu. Belə ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edildi. Çünki bəyanatlarda yer alan mühüm məqamlardan biri də Ermənistanın işğalçılıq siyasətinin nəticəsi kimi ortaya çıxan Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinin yerinə yetirilməsi əsasında həllinin zəruri olduğunun vurğulanmasıdır. Bir sözlə, bütün beynəlxalq aləmin bu qondarma “seçkilər”ə olan reaksiyası Azərbaycan dövlətinin mövqeyini daha da gücləndirdi.
Onu da qeyd edək ki, əvvəlkilərdən fərqli olaraq qondarma “seçkilər”dən sonra bu aktı tanımayan dövlətlərin və beynəlxalq təşkilatların sayı daha çox olub, həmçinin bəyanatlarında açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilir. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də “seçkilər”in əleyhinə açıqlama verib. Eyni zamanda, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə bu “seçkiləri” tanımadı. Bininla da bu “seçkilər” bir daha göstərdi ki, qanunsuz xunta rejimini heç kim tanımır.
Yeri gəlmişkən, aprelin 14də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki çıxışı zamanı dövlət başçısı bu məsələyə münasibət bildirərək qeyd edib ki, bütün beynəlxalq təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.
Sonda qeyd edək ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”in ikinci turu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən də münasibət bildirilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”in ikinci turu ilə bağlı sualını cavablandırarkən deyib ki, işğalçı ölkənin təşkil etdiyi bu “seçkilər” neçənci mərhələsinin keçirilməsindən asılı olmayaraq, hər hansı hüquqi qüvvəsi olmayan qurama oyundan başqa bir şey deyildir: “Ölkəmizin müvəqqəti işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki bu qanunsuz aktla bağlı beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə bir daha istinad edərək, qondarma “seçkilər” və onların nəticələrinin çoxsaylı beynəlxalq təşkilat və dövlətlər tərəfindən rədd edildiyini xatırlatmaq istərdim”.
Leyla Abdullayeva qeyd edib ki, qondarma “seçkilər”lə bağlı beynəlxalq ictimaiyyətin üzvləri tərəfindən hələ də bəyanatlar verilməkdə davam edir və bu xüsusda, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunur. “Azərbaycan ərazisində seçkilər ölkəmizin Konstitusiyasına uyğun olaraq keçirilir və konkret olaraq ölkəmizin Dağlıq Qarabağ bölgəsində seçkilər hərbi işğal amili aradan qaldırıldıqdan sonra və bölgənin hər iki icmasının iştirakı ilə baş tuta bilər. Bu məsələdə hər hansı əlavə şərhə ehtiyac duyulduğunu zənn etmirəm”, - deyə Leyla Abdullayeva vurğulayıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39

