/ / Azərbaycan dövləti pandemiya şəraitində məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirir
Azərbaycan dövləti pandemiya şəraitində məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirir
22.04.2020 [10:46]
Prezident İlham Əliyev: Son günlər ərzində mənə ünvanlanan minlərlə məktub göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verir
Yeni növ koronavirus (COVİD - 19) infeksiyasının dünyanın 200-dən çox ölkəsinə yayılması nəticəsində ən çox narahatlıq yaradan məsələlərdən biri insanların sosial müdafiəsi ilə bağlıdır. Bu da təbiidir. Yaranmış vəziyyətdə məlum səbəblərdən iqtisadi aktivlik aşağı düşüb, insanların əmək bazarına inteqrasiyasında çətinliklər yaranıb və onların gəlir imkanları məhdudlaşıb. Belə şəraitdə sosial dövlət olan Azərbaycanda Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə və ölkəmizin güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına uyğun olaraq əhalinin sosial müdafiəsinin təmin edilməsini hədəfləyən operativ tədbirlər görülür. Respublikamızda yeni növ koronavirusa ilk yoluxma faktı qeydə alınandan bəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz əhalinin, ələlxüsus da həssas qruplardan olan vətəndaşların pandemiyanın mənfi təsirlərindən qorunması, onların sosial müdafiəsinin təmin edilməsi məqsədilə bir sıra mühüm sənədlər imzalayıb. Yeri gəlmişkən, pandemiyadan zərər çəkən sahələrdə çalışan vətəndaşlara, mikrosahibkarlara dəstək göstərilməsi, indiyədək qeyri-formal çalışan işçilərin problemlərinin həlli, həssas qrupların təmsilçilərinə qayğının artırılması və bu kimi digər sosial məsələlər aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirdiyi videobağlantı formatında iclasda da ciddi müzakirə olunub. Bəhs olunan iclasda dövlətimizin başçısı pandemiya şəraitində əhalinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı qəti mövqeyini bir daha nəzərə çatdıraraq vurğulayıb: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda, təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”.
İndiki çətin dövrdə görülən tədbirlər bir daha təsdiqləyir ki, ölkədə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır
Azərbaycan dövləti pandemiya şəraitində iqtisadi aktivliyin azalması səbəbindən insanların əmək bazarına inteqrasiyasında bir sıra məhdudiyyətlərin yarandığını nəzərə alaraq məşğulluğun və sosial rifahın dəstəklənməsi məqsədilə fəal siyasət aparır. Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında və müvafiq qurumların birgə hazırladıqları on dəstək proqramında pandemiya şəraitində əhalinin sosial müdafiəsinin təmin edilməsi, eləcə də iş yerlərinin, əməkhaqlarının qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Hazırda dövlət başçısının bilavasitə rəhbərliyi ilə ölkənin aidiyyatı qurumları nəzərdə tutulan tədbirlərin reallaşdırılması istiqamətində fəal iş aparırlar. Qeyd edək ki, indiyədək görülən və perspektivdə reallaşdırılması nəzərdə tutulan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılır. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Məlum olduğu kimi, Prezident İlham Əliyevin mühüm tapşırıqlarından biri pandemiya şəraitində iş yerlərinin ixtisara salınmaması və qeyri-formal məşğulluqdan leqal məşğulluğa keçilməsi ilə bağlıdır. Dövlət başçısının bu çağırışı işəgötürənlər tərəfindən dəstəklənib. Pandemiya şəraitində qeyri-dövlət sektorunda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin sayının artması işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində əmək müqavilələrinin sayında aprelin 1-dən etibarən 55 minlik, yanvarın 1-i ilə müqayisədə isə 77 minlik artıma nail olunub.
Pandemiyadan daha çox ziyan çəkən sahələrdə çalışan muzdlu işçilərə və mikrosahibkarlara dəstək göstərilməsini nəzərdə tutan proqramdan təxminən 600 min vətəndaşımız bəhrələnə biləcək. Bu barədə ətraflı bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “Biz əlbəttə ki, insanların sosial müdafiəsini daha da gücləndirməliyik. Azərbaycan xalqı yaxşı bilir ki, biz dərhal bu məsələ ilə ciddi məşğul olmağa başlamışıq. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Onu göstərir ki, - mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”.
Hazırda bəhs olunan istiqamətlərdə maliyyə ödənişləri intensiv şəkildə həyata keçirilir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun məlumatına əsasən, proses onlayn qaydada reallaşdırılır. Artıq 11 min 567 vergiödəyicisinə - 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib. Qeyd edək ki, Tədbirlər Planında pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və mikrosahibkarlara Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına ümumilikdə 295 milyon manat maliyyə dəstəyinin ödənilməsi tapşırılıb.
Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə 600 min insan birdəfəlik ödəmə almaq hüququ qazanıb
Prezident İlham Əliyev bəhs olunan iclasada həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı daha bir təşəbbüslə çıxış edib. Söhbət dövlətdən birdəfəlik ödəmə alan aztəminatlı vətəndaşların sayının 200 mindən 600 minədək artırılmasından gedir. Bu xüsusda fikirlərini nəzərə çatdıran dövlətimizin başçısı “Əlbəttə ki, biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər biz nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-dək davam edəcək, ancaq indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir”, - deyə vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bildirdiyinə görə, Tədbirlər Planı çərçivəsində işsiz şəxslərə, xüsusi karantin rejiminə görə iş yerini itirmiş qeyri-formal işləyən şəxslərə, habelə, aztəminatlı ailədən olan insanlara dəstək mexanizmi artıq aprelin 7-də Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Aprelin 9-dan isə ödənişlərə başlanıb. Qısa müddətdə 140 min insana ödəniş edilib və prosesin may ayının ilk həftəsində yekunlaşdırılması nəzərdə tutulub.
Pandemiya şəraitində Azərbaycan xalqı dövlətə, Prezidentə yüksək dəstək nümayiş etdirir
Tarixin dərin qatlarından gələn ənənədir – kimin kim olduğu dar, çətin gündə bəlli olur. Özü ilə bərabər dünyaya böyük narahatlıqlar gətirən koronavirus pandemiyası da Azərbaycan xalqının yüksək mənəvi dəyərlərini, cəmiyyətimizin ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməsini, eləcə də dövlətimizin humanist siyasətini bütün cəhətləri ilə açıb göstərdi. Ən əsası isə biz gördük ki, dövlət öz vətəndaşlarının sağlamlığını qorumaq, sosial müdafiəsini təmin etmək üçün ölkənin bütün resurslarını səfərbər edib. Məlum olduğu kimi pandemiyaya qarşı müxtəlif istiqamətləri əhatə edən mübarizə tədbirləri böyük həcmlərdə maliyyə vəsaiti hesabına başa gəlir. Dövlət vətəndaşların və ölkəmizin mənafeyi naminə lazım olan qədər maliyyə vəsaiti ayırır, digər mühüm tədbirlər görür, belə demək mümkündürsə, heç nəyi əsirgəmir. Eyni zamanda, cəmiyyətimiz də Prezident İlham Əliyevin, aidiyyatı dövlət qurumlarının, həkimlərin fədəkarlığına adekvat münasibət sərgiləyir. Bu günlərdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın poçtuna vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlir. Onlar pandemiyanın daha geniş miqyasda yayılmasının qarşısının alınmaq, insanların sağlamlığını, həyatını qorumaq naminə Azərbaycan Prezidentinin fəaliyyətini yüksək dəyərləndirdiklərini məmnunluq hissi ilə vurğulayırlar. Bunun böyük ruh yüksəkliyi yaratdığını deyən Prezident İlham Əliyev vurğulayıb: “Son günlər ərzində mənə ünvanlanan minlərlə məktub göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Bu, onu göstərir ki, baxmayaraq insanların həyatı çətinləşib, normal həyata müdaxilə edən karantin rejimi bir çoxları üçün problemlər yaradıb, yenə də xalqımızın böyük əksəriyyəti bu vəziyyəti dərk edərək dövlətə öz dəstəyini göstərməkdədir”.
Bu çətin günlərdə Azərbaycan cəmiyyətində müşahidə edilən belə yüksək həmrəylik böyük nikbinlik yaradır. Şübhə yoxdur ki, dövlətin və cəmiyyətin birgə səyləri ilə Azərbaycan pandemiyanın yaratdığı çətin şəraitdən daha az itkilərlə çıxacaq və postpandemiya dövründə özünün dinamik inkişaf templərini yenidən davam etdirəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

