/ / Prezident İlham Əliyev: Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır
Prezident İlham Əliyev: Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır
24.04.2020 [11:56]
Azərbaycanda pandemiya şəraitində müxtəlif sosial dəstək proqramları həyata keçirilir
Hazırda dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da respublikanın resursları yeni növ koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizəyə səfərbər edilib. Ölkəmizdə COVİD -19-a ilk yoluxma faktı qeydə alındıqdan sonra bütün əlaqədar qurumlar Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gücləndirilmiş iş rejimində çalışırlar. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərərgah ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirlərini uğurla koordinasiya edir. İndiyədək respublikamızda bir sıra zəruri operativ və qabaqlayıcı tədbirlər görülüb. O cümlədən martın 24-dən ölkədə xüsusi karantin rejiminin tətbiqinə başlanılıb, nəqliyyatın, insanların hərəkətinə məhdudiyyətlər qoyulub.
Eyni zamanda, ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri yalnız inzibati, məhdudlaşdırıcı xarakter daşımır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti Tədbirlər Planını təsdiqləyib. Bundan başqa, on mühüm istiqamət üzrə dəstək proqramları hazırlanıb. Həm inzibati xarakterli təcridetmə tədbirlərinin görülməsində, həm də müxtəlif istiqamətlər üzrə müvafiq dəstək proqramlarının reallaşdırılmasında əsas hədəflər pandemiyanın daha geniş miqyasda yayılmasının qarşısını almaqdan və bu çağırılmamış qonağın milli iqtisadiyyatımıza, makroiqtisadi sabitliyə və əlbəttə ki, sosial sferaya mənfi təsirlərini azaltmaqdan ibarətdir.
Qeyd edək ki, indiyədək respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində görülən tədbirlər artıq öz səmərəsini verir. Son günlərin statistikası müəyyən mənada nikbinlik üçün əsas yaradır. Belə ki, xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir - sağalanların sayı xəstəliyə yoluxanların sayından daha çoxdur. Prezident İlham Əliyev bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirdiyi videobağlantı formatında iclasdakı çıxışında ölkəmizdə vəziyyətin nəzarət altında saxlanılmasını görülmuş mübarizə tədbirlərinin nəticəsi kimi səciyyələndirib. “Görülmüş bütün tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu tədbirlərin mərhələ-mərhələ sərtləşdirilməsi, eyni zamanda, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Pandemiya şəraitində əhalinin sosial müdafiəsinin təmin edilməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, respublikamızda reallaşdırılan siyasətin mərkəzində məhz vətəndaşların maraqları dayanır. Son 16 ildə dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursun uğurla reallaşdırılması sayəsində ölkəmiz insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və müvafiq göstəricilərə görə MDB məkanında lider mövqeyə yüksəlib. Xatırlatmaq yerinə düşər ki, həyata keçirilən dərinməzmunlu sosial siyasətin məntiqi nəticəsi olaraq qısa müstəqillik tarixində respublikamızda işsizlik və yoxsulluq səviyyəsi 5 faizədək aşağı düşüb.
Ölkəmizin sosial siyasəti ardıcıl səciyyə daşıyır. Ötən il respublikamızda Prezident İlham Əliyevin imzaladığı çoxsaylı Fərman və Sərəncamlar əsasında iki mərhələdə reallaşdırılan böyük sosial paket 4,2 milyon insanı əhatə etməklə onların gəlirlərinin artmasına, həyat səviyyələrinin daha da yaxşılaşmasına səbəb oldu.
O cümlədən Azərbaycan dövləti pandemiya şəraitində də özünün sosial siyasətinə sadiqlik nümayiş etdirir. Məlum olduğu kimi, indiki dövrdə pandemiya səbəbindən sosial çağırışların aktuallığı daha da artıb. Pandemiya şəraitində iqtisadi aktivliyin aşağı düşməsinin, gəlir imkanlarının azalmasının fəsadlarını məhz dövlətin müəyyənləşdirdiyi adekvat siyasətin aparılması və prevantiv tədbirlərin görülməsi sayəsində aradan qaldırmaq mümkündür ki, bunu da Azərbaycan hakimiyyəti edir. Prezident İlham Əliyev bəhs olunan iclasda pandemiya şəraitində sosial sahədə görülən tədbirlərin önəminə xüsusi diqqət çəkb. Bu xüsusda qəti mövqeyini bildirən dövlətimizin başçısı “İnsanların sosial müdafiəsini daha da gücləndirməliyik”, - deyə vurğulayıb.
Respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində sosial sferada həyata keçirilən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan dövləti yaranmış vəziyyətdə çətinliklərlə üzləşən insanları, ələlxüsus da həssas qruplardan olan vətəndaşları tək buraxmır, onlara sahib çıxır və qayğılarına qalır. Respublikamızda pandemiya şəraitinin yaratdığı çətinliklər nəzərə alınaraq ünvanlı sosial yardımla təmin olunan ailələrin sayı artırılıb. Bu gün ölkəmizdə 330 mindən çox aztəminatlı vətəndaş ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Prezident İlham Əliyev pandemiya şəraitində ödənişli ictimai işlərə cəlb olunan vətəndaşların sayının 90 minə çatdırılması ilə bağlı tapşırıq verib və hazırda bu tapşırığın yerinə yetirilməsi istiqamətində intensiv iş aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, artıq 51 min şəxs DOST İş Mərkəzi tərəfindən əmək müqaviləsi əsasında bu işlərə cəlb olunub. Onlar ictimai əhəmiyyət daşıyan işlərdə, o cümlədən abadlaşdırma, yaşıllaşdırma, dezinfeksiya, həssas qruplara sosial xidmətlərin göstərilməsi və s. işlərdə çalışırlar.
Azərbaycan dövləti pandemiya şəraitində müxtəlif xidmətlərə cəlb olunan insanların da qayğısına qalır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 14 aprel 2020-ci il tarixində “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” müvafiq Sərəncam imzalayıb. Bəhs olunan Sərəncam xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara dövlət qayğısının ifadəsidir. Sərəncam DSMF-nin rayon (şəhər) şöbələrindəki 1400 və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfəri, ümumilikdə, isə 2 min sosial xidmət işçisini əhatə edir.
Eyni zamanda, Prezident İlham Əliyev 18 mart 2020-ci il tarixində “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Ümumiyyətlə, respublikamızda pandemiya şəraitində reallaşdırılan səhiyyə tədbirlərinə ayrılan maliyyə vəsaitinin həcmi kifayət qədər böyükdür. Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata əsasən, bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların təxirəsalınmadan alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, ölkədə dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə 350 milyon manat vəsaitin yönəldilməsi təmin edilir.
Pandemiyadan zərər çəkən sahələrdə çalışan 600 min insan dövlətdən maliyyə dəstəyi alır
Respublikamızda turizm, xidmət, ticarət, özəl təhsil, nəqliyyat və bu kimi digər sahələrdə çalışan insanlar pandemiyadan zərər çəkiblər və onların gəlir imkanları məhdudlaşıb. Bununla əlaqədar respublikamızda pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərə və mikrosahibkarlara dəstək proqramları reallaşdırılır. Prezident İlham Əliyev bu proqramların təxminən 600 min insanı əhatə etdiyinə diqqət çəkərək vurğulayıb: “Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Onu göstərir ki, - mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”.
Hazırda respublikamızda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və mikrosahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi uğurla davam etdirilir. İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, 20 aprel tarixinə quruma muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 18.260 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 48.659 fərdi sahibkar müraciət edib. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramı çərçivəsində 151.198 işçini əhatə edən 15.385 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 68.05 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 34,02 mln. manat təşkil edir. Aprelin 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 13.722 vergi ödəyicisinə 138.422 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 31,4 mln. manat vəsaitin köçürülməsi təmin edilib. Mikrosahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 48.659 vergi ödəyicisindən müraciət daxil olub, 45.002 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 32,6 mln. manat təşkil edir. Aprelin 20-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 26,71 mln. manat vəsaitin 35.223 fərdi sahibkarın bank hesablarına köçürülməsi təmin edilib. Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18

