/ / Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı haqlı və ədalətli mövqeyinə beynəlxalq səviyyədə böyük dəstək ifadə olunur
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı haqlı və ədalətli mövqeyinə beynəlxalq səviyyədə böyük dəstək ifadə olunur
09.06.2020 [09:00]
Prezident İlham Əliyev: Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqedən çıxış edir. Respublikamızın bu mövqeyi ilk növbədə tarixi həqiqətlərə və beynəlxalq hüquqa əsaslanır. Ölkəmizin getdikcə artan iqtisadi və hərbi potensialı da Azərbaycanın mövqeyini gücləndirən fundamental amil qismində çıxış edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev iyunun 3-də istifadəyə verilən Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşdəki çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli və prinsipial mövqeyini bir daha nəzərə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”, - deyə vurğulayıb.
Tarixi faktlar və mənbələr Dağlıq Qarabağın məhz Azərbaycana məxsus olduğunu təsdiqləyir
Qeyd etdiyimiz kimi, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyini şərtləndirən əsas amillərdən biri tarixi faktlardır. İşğalçı Ermənistanın Dağlıq Qarabağa iddia etməsinin heç bir tarixi əsası yoxdur. Əksinə, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən çoxsaylı tarixi faktlara və sənədlərə istinad etmək mümkündür. Məlumdur ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xan tərəfindən Rusiya ordusunun generalı Sisiyanovla imzalanmış sazişə görə, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Kürəkçay sazişi adlanan bu sənədin mətnini internetdə tapmaq olar. Həmin sənəddə Qarabağın erməni əhalisi barədə heç nə yazılmayıb. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın qalan əraziləri də Rusiya imperiyasının tərkibinə keçib. Başqa bir tarixi fakta diqqət yetirək: 1921-ci ildə bolşeviklər partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul edib. Bəzi erməni alimləri tarixi özlərisayağı saxtalaşdırmağa çalışaraq bu qərarı Dağlıq Qarabağın Azərbaycana verilməsi kimi şərh etməyə çalışırlar. Halbuki, bu, belə deyil. Bəhs olunan sənəddə söhbət Dağlıq Qarabağın məhz Azərbaycanın tərkibində saxlanılmasından gedir. Bundan sonra 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
Dağlıq Qarabağdakı yer adları, həmçinin əcdadlarımızın burada yaratdıqları maddi və mədəniyyət abidələri, tarixən formalaşan adət-ənənələr də bu yerlərin aborogen sakinlərinin məhz azərbaycanlılar olduğunu təsdiqləyir. Yaxşı haldır ki, Dağlıq Qarabağın şəhər və kəndlərində xalqımızın yaratdığı abidələrin hamısı sənədləşdirilib və elə buna görə də ermənilərin tarixi saxtalaşdırmaq, bəhs olunan mədəniyyət nümunələrini öznünküləşdirmək cəhdləri daim fiaskoya uğrayır. Qeyd olunan tarixi faktlar və mənbələr Dağlıq Qarabağın məhz Azərbaycana məxsus olduğunu təsdiqləyir.
Torpaqlarımızın Ermənistana verilməsini unutmaq və bağışlamaq olmaz
Daha bir mühüm məqam ondan ibarətdir ki, indiki Ermənistan Respublikasının ərazisi də qədim Azərbaycan torpağıdır. Ötən yüzilliyin əvvəllərində cərəyan edən hadisələr hər kəsə bəllidir. Sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanın Azərbaycanın tərkibindən çıxardılaraq Ermənistana verilməsi ilə bağlı olub. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələr göstərir ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənilər Azərbaycan torpaqlarına - Dağlıq Qarabağa və indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər. Beləliklə, yüz minlərlə erməni köçkün tarixi Azərbaycan torpağına gətirilərək burada məskunlaşdırılıb. Təsadüfi deyil ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. İrəvan qədim Azərbaycan şəhəridir. Bu məqama toxunan Prezident İlham Əliyev “Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox!”, - deyə bildirib.
Eyni zamanda, Azərbaycanın qədim diyarı olan Zəngəzur da Ermənistana verilib. Bununla da böyük türk dünyasında coğrafi parçalanma baş verib, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum qalıb. Hazırda respublikamızın Türkiyə ilə sərhəddi yalnız Naxçıvan Muxtar Respublikasında qalıb.
Beləliklə, bütün bunların fonunda kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimizin Ermənistana verilməsi düzgün addım olub?
Bu gün beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir
Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini gücləndirən fundamental amillərdən biri də beynəlxalq hüquqdur. Dövlət başçımızın da bildirdiyi kimi, siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Müasir dünyada separatizm, bir dövlətin başqa bir ölkənin ərazisini zor gücünə ilhaq etməsi kəskin şəkildə pislənilir. Dünya birliyinin birmənalı mövqeyi belədir ki, bu kimi faktlar təhlükəli presedent yarada bilər. Təsadüfi deyil ki, separatçı və qondarma “DQR” heç bir xarici dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Əksinə, indiyədək ayrı-ayrı dövlətlər və bütün dünyada böyük nüfuza malik olan təşkilatlar məhz beynəlxalq hüquqa əsaslanaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən sənədlər qəbul ediblər. O cümlədən BMT TŞ-nin müvafiq qətnamələrində Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən müddəalar öz əksini tapıb. Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Prezident İlham Əliyev bəhs olunan çıxışında dünya birliyinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstək verdiyini bir daha nəzərə çatdıraraq vurğulayıb: “Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir”.
Avropa Şurasının riyakar mahiyyəti heç kim üçün sirr deyil
Elə bir qədər bundan əvvəl “DQR”-də keçirilən oyuncaq “prezident seçkiləri” də beynəlxalq birliyin Dağlıq Qarabağda Ermənistanın işğalçılıq siyasəti sayəsində yaradılan separatçı rejimə münasibətini bir daha göstərdi. Prezident İlham Əliyev “DQR”-də keçirilən “seçkilərin” oyuncaq mahiyyətinə diqqət çəkərək bildirib: “İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkilər”i qınayıb və tanımayıb”.
Dünyanın aparıcı ölkələri, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, həmçinin Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar açıq şəkildə bəyanat veriblər ki, bu seçkilər tanınmır və Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Bütün bunlara rəğmən, Avropa Şurası “seçkilərlə” bağlı susqunluq nümayiş etdir. Açıq-aydın görünür ki, Avropa Şurasının niyyəti Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, respublikamız haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Avropa Şurası saxta “seçkilərlə” bağlı səsini çıxartmadığı təqdirdə bu təşkilatda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər? Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər kağız parçasından artıq deyil. Bu təşkilat anti-Azərbaycan mövqedədir və qurumda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür. Ümumiyyətlə, Avropa Şurasının riyakar mahiyyəti heç kim üçün sirr deyil. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta “seçkilər”i tanımayıb və qınayıblar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

