/ / Ermənistandakı son gərginlik Paşinyanın siyasətinin tam səriştəsiz meyarlar üzərində qurulduğunu göstərir
Ermənistandakı son gərginlik Paşinyanın siyasətinin tam səriştəsiz meyarlar üzərində qurulduğunu göstərir
20.06.2020 [08:50]
İşğalçı Ermənistanda real vəziyyətin təhlili burada yaxın günlər ərzində yenidən gərgin vəziyyətin hökm sürəcəyini, hətta yeni hakimiyyət dəyişikliyinə cəhdlərin olacağını deməyə əsas verir. Məsələ burasındadır ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu iki il ərzində sosial-iqtisadi müstəvidə hansısa yenilik edə bilmədi. Hətta əksinə, bu istiqamətdə vəziyyətin daha da pisləşməsi müşahidə edilməkdədir. Küçənin dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyanın məqsədsiz və yanlış siyasəti də ölkəni iqtisadi-siyasi böhrandan çıxara bilmir. Ölkə daxilində baş verən son gərginlik də Ermənistanın daxili və xarici siyasətinin tam səriştəsiz meyarlar üzərində qurulduğunu göstərir. Paşinyana qarşı olan qüvvələr isə yaranmış vəziyyətdən maksimum şəkildə faydalanmağa çalışırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov söyləyib.
O deyib ki, iyunun 16-da “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının parlament tərəfindən ləğv olunması işğalçı ölkədə hakimiyyət böhranının dərinləşdiyini və siyasi rejimin iflasını bariz şəkildə nümayiş etdirir. Qaqik Sarukyana qarşı səsvermədə yalnız “Mənim addımım” hökumətyönümlü blokun üzvləri iştirak ediblər. Belə ki, iki müxalif fraksiya səsvermədə iştirak etməkdən imtina edib və baş verənləri məzhəkə adlandırıb. Sarukyanın özü isə həmin vaxt Milli Təhlükəsizlik Xidmətində dindirilirdi.
Hikmət Şikarov qeyd edib ki, artıq Sarukyanın həbsinə hazırlıq gedir. Bu fonda “Çiçəklənən Ermənistan” partiyasının parlamentdəki “Sarukyan” fraksiyasının üzvü olan deputatlar qanunverici orqanın iyunun 17-dəki iclasını boykot edərək zaldan çıxıblar. Müxalif deputatlar bu addımı Sarukyanın deputat toxunulmazlığından qeyri-qanuni şəkildə məhrum edilməsinə etiraz olaraq atıblar. Fraksiyanın deputatı Arman Abovyan deyib: “Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası üçün söz və fikir azadlığı şüarları ilə toplananlar siyasi opponentlərin ağzını yummağa çalışırlar”. Bütün baş verənlər fonunda Ermənistanın müxalifət partiyası sədrinin öz siyasi baxışlarına görə həbs olunması artıq Paşinyan hökumətinə qarşı ciddi təzyiqlərin mövcudluğundan xəbər verir.
“Ermənistanda hakimiyyətdaxili mübarizənin getdikcə kəskinləşməsi və baş nazir Nikol Paşinyanın rəqiblərini sıradan çıxarmaq üçün müxtəlif bəhanələr uydurması ölkədə vəziyyəti daha da ağırlaşdırmaqdadır. İşğalçı ölkədə sürətlə pisləşən vəziyyət mövcud hakimiyyətdən narazılığı daha da artırır. Amma görünən budur ki, Nikol Paşinyan üçün bunlar hansısa önəm kəsb etmir. Bu hökumətin xarici siyasət kursunda da müəyyənlik, səbatlılıq yox dərəcəsindədir. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə hər iki tərəfdən “başının sığallamasına” nail olmağa çalışır. Bu davranışın əziyyətini isə Ermənistan əhalisi çəkir. Paşinyanın və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çətinliklərdən çıxmaq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtdir. Hələ ki, ölkəsinin təməl problemlərini həll edə bilmədiyindən Nikol Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaqla məşğuldur. Bu vəziyyət uzandıqca o, özünü də çaş-baş vəziyyətə salır”, - deyə Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri vurğulayıb.
O deyib ki, populist çıxışları ilə tanınan N.Paşinyanın hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi, onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Buna baxmayaraq, son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatlar, QHT-lər, ümumən bir sıra Qərb təşkilatları sanki özünü görməməzliyə vurub, baş verənləri, sadəcə, tamaşaçı qismində seyr edirlər. Təbii ki, bütün bunların əsas səbəbi Paşinyanın Corc Sorosun yaxından dəstəyi ilə hakimiyyətə gəlməsi, demokratiya çətiri altında gizlənən təşkilatların direktivləri əsasında hərəkət etməsi və onların sözünü deyərək “demokrat” olmasıdır.
Xəbər lenti
Hamısına baxİdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48

