Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin deputatı ATƏT Parlament Assambleyasının COVID-19-la bağlı onlayn iclasında iştirak edib

Milli Məclisin deputatı ATƏT Parlament Assambleyasının COVID-19-la bağlı onlayn iclasında iştirak edib

22.06.2020 [23:38]

ATƏT Parlament Assambleyasının “Müxtəlif cəmiyyətlərdə COVID-19 reaksiyası: sabitlik və sosial birlik üçün çağırışlar və imkanlar” mövzusunda onlayn iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Ülviyyə Ağayeva iclasda iştirak edib.

Deputat deyib: “Təəssüf ki, xeyli sayda ölkədə azlıqların getdikcə virusun mənşəyinə görə olmasa belə, ən azından virusun yayılmasını davam etdirməkdə günahlandırıldığının şahidi oluruq. Əlbəttə ki, bu da öz növbəsində, bəzi azlıqlara qarşı getdikcə daha çox nifrət dolu çıxışlara və təəssüf ki, onların həyatını təhlükə altına salan fiziki zorakılığın yaranmasına səbəb olur. Bu isə ən həssas qrupdan olanların, xüsusən miqrantların, qaçqınların, məcburi köçkünlərin, milyonlarla vətəndaşlığı olmayan insanların insan haqlarının açıq şəkildə pozulmasıdır.

Həmin insanların COVID-19 ilə əlaqədar nifrət dolu və ya qərəz əsaslı diskussiyaların qurbanı olmaları barədə çoxlu amillər var. Birincisi, məsələn, köklü bərabərsizlik, azlıqların virusu müəyyənləşdirmək üçün tibbi müayinədən istifadə və ya digər səhiyyə xidmətlərinə çıxışlarının az olması və ya heç olmaması. Digər bir nümunə isə onların öz icmalarının və ya ailə üzvlərinin qorunması tədbirləri haqqında lazımi şəkildə məlumatlandırılması üçün öz dillərində dəqiq və balanslı məlumatlarla təmin olunmamalarıdır. Bu vəziyyət olduqca böyük bir narahatlıq doğurur, çünki o insanların ən sadə sağlamlıq və sanitariya imkanlarından istifadə etmək imkanları yoxdur. Əlbəttə ki, virusun belə ağır şərtlərdə yayıla biləcəyi sirr deyil.

Bundan başqa, artıq müzakirə edildiyi kimi, virus ksenofobiya, nifrət dolu çıxışlar və müəyyən icmalara qarşı dözümsüzlüyü artırır. Onu da qeyd etmək istərdim ki, Azərbaycan QHT-ləri də öz növbəsində, əhalinin həssas qruplara qarşı olan ksenofobiya, irqçilik və nifrət dolu çıxışlar barədə məlumatlılığının artırılması ilə fəal məşğul olurlar. Azərbaycan müxtəlif etnik qrupların və inancların əsrlərboyu sülh şəraitində yan-yana yaşadığı nadir ölkələr sırasındadır.

Bütün bu faktları nəzərə alaraq düşünürəm ki, biz deputat olaraq, ilk növbədə, irqçilik və irqi ayrı-seçkiliyin bütün formaları ilə bağlı dərin narahatlığımızı bildirməliyik və COVID-19 nəticəsində yaranan irqçilik, ksenofobiya və ayrı-seçkiliyin müxtəlif formalarını, həmçinin dözümsüzlüyü aradan qaldırmaq üçün ortaq bir strategiya və ya yeni fəaliyyət planı qəbul etməliyik. Müvafiq və səmərəli qanunvericilik, məhkəmə və inzibati tədbirlərin həyata keçirilməsi və icrası, şübhəsiz ki, insan hüquqlarının pozulmasının qarşısının alınmasına öz töhfəsini verəcək”.

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31