/ / Vüqar Rəhimzadə: Bəzilərinin məsuliyyətsizliyi karantin qaydalarının və cərimələrin daha da sərtləşdirilməsini zərurətə çevirir
Vüqar Rəhimzadə: Bəzilərinin məsuliyyətsizliyi karantin qaydalarının və cərimələrin daha da sərtləşdirilməsini zərurətə çevirir
26.06.2020 [09:10]
“Dünyanı bürüyən, bəzi ölkələrdə ikinci dalğası başlayan koronavirus pandemiyasına qarşı Azərbaycanda mübarizə tədbirlərinə başlanan andan ilk çağırış vətəndaş məsuliyyətinin artırılması, özünütəcrid qaydalarına düzgün riayət olunması, ən əsası, adi gigiyena tələblərinə əməl etməklə virusa qalib gəlməyin mümkünlüyü olub. Amma sual olunur: - bu çağırışa lazımi səviyyədə əməl edə bilirikmi? Mübarizə tədbirlərinə başlayarkən iki seçim qarşısında qalan dövlətimiz insanların sağlamlığının təminatını daha vacib hesab edərək karantin rejiminin tətbiqini məqsədəuyğun hesab etdi. Sərt karantin qaydalarının tətbiqi şəraitində yoluxma hallarında artımın müşahidə olunmaması rejimin yumşaldılmasını şərtləndirdi. May ayından etibarən tətbiq edilən bu yumşalmalar vətəndaş məsuliyyətinin azalması fonunda virusa yoluxma hallarının artması ilə müşaiyət olundu. Bu yumşalmaları koronavirusun yoxa çıxması kimi qəbul edən əksər vətəndaşlarımız adi qaydalara riayət etməkdən imtina ilə həm özlərinin, həm də ətraflarındakı insanların yoluxma riskinin artmasına səbəb oldular”.
Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə vurğulayıb ki, yoluxma hallarının artması cərimələrin tətbiqinə yol açdı: “Amma sual olunur: hər bir insanın sağlamlığının təminatında məsuliyyət daha çox rol oynaya bilər, yoxsa cərimələr? Bir vətəndaş olaraq bu sualı səsləndirməyi ona görə özümə borc bilirəm ki, hər bir insanın ən böyük sərvəti onun sağlamlığıdır. Bu sərvəti qorumaq, sağlamlığımızın qeydinə qalmaq üçün məsuliyyətli olmaq, özünü sevməklə yanaşı ətrafdakıları da sevmək, həyatın bizlərə bəxş etdiyi ömrü xoş ovqatla yaşamaq bu qədərmi çətindir? Səhiyyəmizin inkişaf etdiyi, yeni texnologiyaların müasir həyatımıza yol açdığı bir dövrdə hər kəs özünə diqqət göstərməklə, eyni zamanda, ətrafdakılarda xoş ovqat yaratmaq imkanındadır. Koronavirus pandemiyası bizlərin qarşısına bu tələbi qoydu, bizlərə məsuliyyət hissini artırmaq, sağlamlığımızın qorunmasına çağırışını etdi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizin tətbiq etdiyi özünütəcrid təcrübəsi beynəlxalq səviyyədə təqdir olunur, əksər dövlətlər bundan yararlanaraq, özlərini bu bəladan xilas etmək üçün səylər göstərirlər”.
“Daim qeyd etdiyimiz kimi, hər bir məsələnin həlli onun mahiyyətinin düzgün dərk olunmasından, maarifləndirmə işinin lazımi səviyyədə həyata keçirilməsindən asılıdır” söyləyən V.Rəhimzadə bildirib ki, koronavirusla mübarizədə əsas yük həkimlərin üzərinə düşür: “Amma bir vətəndaş olaraq həkimlərə dəstək olmaq, onların müalicəsi hələ də “sirli dünyaya” bənzəyən belə bir xəstəliklə qarşı-qarşıya qalmamalarına adi gigiyenik tələblərə əməl etməklə kömək göstərmək bizlər üçün bu qədər çətindirmi? Hansısa vətəndaşın məsuliyyətsizliyi üzündən koronavirusa yoluxması, özünütəcrid qaydalarına riayət etməyərək başqalarını da bu virusun cənginə salması həkimləri ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda xidmət göstərməsinə, son nəticədə isə sağlamlığımızın keşikçilərinin də bu dəhşətli xəstəliyə yoluxmamalarına səbəb olur. Burada öz məsuliyyətsizliyimizlə belə bir vəziyyətə şərait yaratdığımız halda vətəndaş məsuliyyətindən və təəssübkeşliyindən danışmağa haqqımız varmı?”.
Baş redaktor bildirib ki, informasiya bolluğu şəraitində hər kəs bu virusun yaratdığı və yarada biləcəyi fəsadlar barədə dolğun məlumatlar əldə edərək, bundan nəticə çıxarmaq imkanındadır: “Yalnız məsuliyyət hissini artırmaqla, nizam-intizam qaydalarına yüksək səviyyədə əməl etməklə, birliyimizi möhkəmləndirməklə koronavirusa qalib gəlib əvvəlki normal həyatımıza qayıdıb xoş əhval-ruhiyyə ilə irəliyə doğru inamla addımlaya bilərik. Təbii ki, təkrar-təkrar qeyd etməyə məcburuq: məsuliyyət hissimizi artırmaqla, sosial məsafə anlyışının mahiyyətini düzgün dəyərləndirməklə özümüzü və ətrafdakıları bu bəladan xilas edə bilərik”.
V.Rəhimzadə mübarizə tədbirlərinə başlandığı gündən atılan addımların xronologiyasına diqqət yönəldərək bildirib ki, sərt karantin rejiminin tətbiqi şəraitində bağçaların, təhsil müəssisələrinin bağlanması, eyni zamanda, yaşı 65-dən yuxarı olan vətəndaşlara diqqət və qayğının ifadəsi olaraq onların evdən çıxmamalarına çağırışların edilməsi və karantin qaydalarında öz əksini tapması, gələcəyimiz olan gənclərimizin yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə etməklə öz biliklərini distant təhsil əsasında zənginləşdirmələri və sair kimi addımlar qarşıdakı mərhələlərdə müsbət dinamikaya yol açsa da, son vaxtlarda arxayınlıq hissinin yaranması, koronavirusun yoxa çıxması kimi yanlış düşüncələrin formalaşması, hətta belə bir xəstəliyin mövcudluğuna inamsızılıq vəziyyəti daha da ağırlaşdırır: “Günbəgün yoluxma hallarında müşahidə olunan artım hər bir vətəndaş üçün həyəcan təbili olmadıdır. Gəlin unutmayaq ki, məsuliyyətsizliyimiz bu gün də olmasa, sabah bu virusa yoluxmağımızı qaçılmaz edir. Çünki COVID-19-a münasibətdə bir nəfərin məsuliyyətsizliyi onlarla günahsız insanın bu dəhşətli xəstəliyə yoluxmasının baş verməsi deməkdir. Unutmamalıyıq hər bir xəstəliyin qarşısının alınmasında əsas amil qabaqlayıcı tədbirlərin düzgün həyata keçirilməsidir. Tələb olunan qaydalar sadə, eyni zamanda, hər birimizin sağlamlığı üçün gərəklidir: Əllərimizi düzgün yuyaq, sağlamlığımızı qoruyaq, tibbi maskalardan istifadə etməyi unutmayaq, sosial məsafəni gözləməklə həm özümüzü, həm də ətrafdakı insanları qoruyaq. Nəzərə alaq ki, insanların səmimiyyəti, xeyirxahlığı, mərhəməti, ən əsası bir-birlərinə olan diqqəti və sevgisi məsafə ilə ölçülmür. Məsafəni gözləməklə, özünütəcrid qaydalarına riayət etməklə, məsuliyyətimizi artırmaqla həm özümüzü qoruyub sabaha inamla addımlayar, həm də ətrafımızdakıları, doğmalarımızı qoruyar, dövlətimizə, xalqımıza bu bəladan az itki ilə çıxmaqda dəstək olarıq. Gəlin, bir daha düşünək, daşınaq, karantin qaydalarının daha da sərtləşdirilməsini, cərimələrin məbləğinin artırılmasını zərurətə çevirməyək”.
Xəbər lenti
Hamısına baxAnalitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08

