Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır
29.07.2020 [09:24]
Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına hücumlar edən, həmçinin dinc azərbaycanlı nümayişçilərə qarşı təxribat törədən erməni vandalları cinayət məsuliyyətinə cəlb edilməli, layiqli cəzalarını almalıdırlar
Məlum olduğu kimi, iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədən düşmən ölkə istəyinə nail olmadığından dinc yaşayış məntəqələrini atəşə məruz qoydu və müxtəlif dezinformasiyalara əl atdı. Daha sonra isə Ermənistan hakimiyyəti təxribatçı hərəkətlərini başqa müstəviyə keçirdi. Belə ki, radikal ermənilər Azərbaycanın müxtəlif dövlətlərdəki diplomatik nümayəndəliklərinə, habelə həmin ölkələrdə aksiya keçirən dinc azərbaycanlılara qarşı vandalizm aktları törətdilər. Ekspertlərin fikrincə, yenidən baş qaldıran erməni terrorunun qarşısı alınmalı, başqa sözlə,beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasına biganə qalmamalıdır.
Milli Məclisin deputatı Könül Nurullayeva deyib ki, xarici ölkələrdə radikal ermənilərin əməlləri Tovuz rayonu istiqamətində törədilən təxribatın davamıdır: “Belə ki, əvvəlcə hərbi toqquşmalar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri ilə sarsıdıcı zərbələr alan Ermənistan öz terrorçu mahiyyətinə sadiq qalaraq, dərhal aqressiyasını mülki əhaliyə yönəltdi. Ardınca isə diplomatik nümayəndəliklərimizə, həmçinin Azərbaycan diasporunun təşkil etdiyi dinc aksiyalara qarşı hücumlar həyata keçirildi”.
Millət vəkilinin sözlərinə görə, dünya bir daha Ermənistanın vandal və işğalçı simasını gördü: “Belə olan halda yenidən erməni terrorunun qaranlıq və qanlı tarixini xatırlatmaq zərurəti yaranır. 1970-1980-ci illərdə ASALA, “Daşnaksutyun” başda olmaqla erməni terror təşkilatları tərəfindən ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədilib və 24 türk diplomatı qətlə yetirilib. Burada ən vacib məqam diplomatlarımızın və soydaşlarımızın təhlükəsizliyinin təmin olunmasıdır”.
Milli Məclisin deputatı Afət Həsənova isə bildirib ki, xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq Tovuz istiqamətində növbəti təxribatlarına etiraz məqsədilə aksiyalar keçirən dinc azərbaycanlılara qarşı son dərəcə aqressiv təxribatçı əməllər törədən ermənilər bir daha öz faşist və vandal mahiyyətlərini ortaya qoydular. Deputat bildirib ki, ermənilər tarix boyu terroçuluq əməlləri ilə yadda qalıblar: “Tarix boyu xalqımıza qarşı insanlığa sığmayan cinayətlər və qırğınlar törətmiş ermənilərdən riyakarlıqdan başqa heç nə gözləmək olmaz. Onlar daim xalqımızın qanına susayıb, dinc əhalimizə qarşı ən ağır cinayətlər törədiblər”.
A.Həsənova qeyd edib ki, Azərbaycan xalqı dəfələrlə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) ermənilər tərəfindən qırğınlara məruz qalıb. Deputat vurğulayıb ki, ermənilərin dinc Azərbaycan əhalisinə qarşı törətdiyi bəşər tarixinin ən qanlı qırğınlardan biri də Xocalı soyqırımıdır: “Ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı və qırğınlar nəticəsində yüz minlərlə dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib”.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən təxribatlar, vandalizm aktları həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

