/ / Prezident İlham Əliyev: COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir
Prezident İlham Əliyev: COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir
02.09.2020 [09:06]
Ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyəti nəzarət altında saxlamaq mümkün olub
Artıq bir neçə aydır ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məsələləri dünyanın ayrı-ayrı ölkələrinin gündəliyində əsas yer tutur. Bu baxımdan Azərbaycan da istisna deyil. Respublikamızda yeni növ koronavirus infeksiyasına ilk yoluxma faktı qeydə alınan vaxtdan etibarən Azərbaycan dövləti bu təhlükəli xəstəliklə mübarizəyə həssas yanaşma sərgiləyir. Respublikamız MDB məkanında COVID-19-a qarşı mübarizəyə ən çox büdcə ayıran ölkələr sırasında yer alır. Ölkəmizdə pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün müxtəlif istiqamətləri əhatə edən proqramlar hazırlanaraq yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyildir ki, respublikamızda pandemiyaya qarşı görülən mübarizə tədbirləri beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Məsələn, Azərbaycan pandemiyanın ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq edir və qurumun tövsiyələrini yerinə yetirir. ÜST Azərbaycanı pandemiyaya qarşı nümunəvi mübarizə aparan ölkə kimi qiymətləndirib.
Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı mübarizə gündəliyində səhiyyə tədbirləri xüsusi yer tutur. Bu da onunla bağlıdır ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq pandemiya şəraitində insanların sağlamlığının və həyatının qorunması prioritet məsələ kimi müəyyənləşdirilib. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər öz səmərəsini verir. Görülən ardıcıl və məqsədyönlü işlərin nəticəsində ölkədə sanitar-epidemioloji vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Respublikamızda pandemiyaya qarşı mübarizə tədbirlərinin davamı olaraq avqustun 31-də daha bir tibb müəssisəsi - Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib. Tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşən dövlətimizin başçısı ölkəmizdə pandemiyaya qarşı görülən tədbirlərin müsbət nəticələr verdiyini diqqətə çatdıraraq vurğulayıb: “COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq”.
Açılan yeni xəstəxanalar COVID-19-a qarşı aparılan mübarizədə çox önəmli rol oynayır
Qlobal pandemiya hətta inkişaf etmiş dövlətlərin də səhiyyə sistemini ciddi sınaqla üz-üzə qoydu. Verilən məlumatlara görə, ayrı-ayrı ölkələrdə yoluxmaların pik dövrlərində xəstələri qəbul etmək üçün tibb müəssisələrində çarpayılar kəskin şəkildə çatışmayıb və pasientlər evlərinə geri qaytarılıblar. Azərbaycanda isə indiyədək bu kimi hallar müşahidə edilməyib. Virusa yoluxan bütün xəstələr məhz tibb müəssisələrində müayinədən keçiblər və zəruri olan müalicəni alıblar. Respublikamız pandemiya şəraitində getdikcə artan tələbatı özünün güclü səhiyyə infrastrukturu ilə qarşılayıb. Məlum olduğu kimi, son 17 ildə ölkəmizdə genişmiqyaslı infrastruktur quruculuğu siyasəti həyata keçirilib. Bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində sosial infrastruktur obyektlərinin, həmçinin müasir səhiyyə müəssisələrinin tikintisi diqqət mərkəzində saxlanılıb. Bütövlükdə, bəhs olunan dövrdə ölkə üzrə yeni tikilən və yaxud əsaslı şəkildə təmir olunan tibb müəssisələrinin sayı 750-dən çoxdur. Son 17 ildə ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika-müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Prezident İlham Əliyev ölkəmizdə zamanında səhiyyə infrastrukturunun möhkəmləndirilməsinin önəmini vurğulayaraq “Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik”, - deyə bildirib. Ümumiyyətlə, Azərbaycanda yaradılan səhiyyə infrastrukturunun maddi-texniki bazası da yüksək səviyyədədir. İstər paytaxtdakı, istərsə də regionlardakı səhiyyə müəssisələrində dünyanın qabaqcıl şirkətlərinin tibb avadanlıqları quraşdırılıb.
Azərbaycanı fərqləndirən cəhət həm də ondan ibarətdir ki, respublikamızda pandemiya ilə mübarizə çərçivəsində görülən səhiyyə tədbirləri yalnız xəstələrin müayinə və müalicəsi ilə məhdudlaşmır. Ölkəmizdə, həmçinin pandemiya şəraitində çarpayı fondunun artırılması diqqət mərkəzində saxlanılır. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - Yeni Klinika açılmışdır. Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilmişdir. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir”, - deyə vurğulayıb. Bütövlükdə isə, açılan yeni xəstəxanalar COVID-19-a qarşı aparılan mübarizədə çox önəmli rol oynayır.
Ölkə ərazisində müasir laboratoriya şəbəkəsinin yaradılması da pandemiyaya qarşı mübarizənin səmərəliliyini artıran amillər sırasında yer alır. Qeyd edək ki, pandemiya başlayanda respublikamızda cəmi 6 laboratoriya var idi. Bu gün ölkə üzrə laboratoriyaların sayı 45-ə çatdırılıb. İndiyədək ölkəmizdə 900 mindən çox test keçirilib. Yeri gəlmişkən, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdən birini tutur. Laboratoriya şəbəkəsinin genişləndirilməsi, daha çox sayda testlərin keçirilməsi virusa yoluxan xəstələri vaxtında aşkar etməyə və onların müalicəsini lazımi qaydada təşkil etməyə imkan verir.
Qeyd olunduğu kimi, ölkəmizin ən yaxşı xəstəxanaları COVID-19-a yoluxmuş xəstələrin müayinə və müalicəsinə cəlb olunub. O cümlədən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalı da yüksək standartlar səviyyəsində inşa olunub. Yeni açılılan xəstəxanada 820-dən çox çarpayı mövcuddur. Ancaq qısa müddət ərzində bu çarpayıların sayını 1500-ə qədər artırmaq mümkündür. Bu xəstəxananın xüsusi özəlliyi ondan ibarətdir ki, burada 130 intensiv terapiya-reanimasiya yeri vardır.
Pandemiya şəraitində həkimlərə göstərilən qayğı daha genişmiqyaslı olub
Azərbaycanda COVİD-19-a qarşı mübarizənin səmərəliliyindən söhbət açarkən həkimlərin rolunu xüsusi qeyd etmək lazımdır. Həkimlərimiz indiki pandemiya dövrünün qəhrəmanlarıdırlar, desək, əsil həqiqəti ifadə etmiş olarıq. Azərbaycan həkimləri təhlükəli xəstəliyə qarşı mübarizədə yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi sərgiləyirlər. Respublikamızda pandemiya ilə mübarizə başlayan vaxtdan etibarən xəstəxanalar, diaqnostika mərkəzləri həkimlərimizin ikinci evinə çevrilib. Onlar vəziyyətdən asılı olaraq günlərlə, həftələrlə ailələri ilə gürüşmür, müayinə və müalicəyə ehtiyacı olan xəstələrin qulluğunda dayanırlar.
Pandemiya ilə mübarizədə yüksək fədəkarlıq göstərən həkimlərimizin əməyi ən yüksək qiymətə layiqdir. Qeyd etmək yerinə düşər ki, respublikamızda pandemiya ilə mübarizəyə cəlb olunan həkimlərə dövlət dəstəyi artırılıb. Prezident İlham Əliyev bildirib ki, pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. “Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub. Təkcə onu demək kifayətdir ki, COVID xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 misli artırılıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2020-ci il 25 mart tarixində “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 112 saylı qərar təsdiq edilib. Həmin qərara əsasən, dövlət tibb müəssisələrində çalışan tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə aylıq vəzifə maaşının 4 misli, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə aylıq vəzifə maaşının 5 misli məbləğində müddətli əlavənin verilməsi müəyyənləşdirilib. Vurğulamaq yerinə düşər ki, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi oktyabr ayınadək uzadılıb. Bununla bağlı yuxarıda bəhs olunan qərarda müvafiq dəyişiklik edilib. Məlumat üçün bildirək ki, sözügedən qərara uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə 2020-ci ilin mart, aprel, may və iyun ayları üzrə iş vaxtına mütənasib olaraq ümumilikdə 58.3 milyon manat məbləğində müddətli əlavə ödənilib.
Ölkə vətəndaşlarının sağlamlığının, həyatının qorunmasına böyük önəm verən Azərbaycan dövləti respublikamızda pandemiya ilə mübarizənin səmərəliliyini artırmaq üçün həmçinin xarici ölkələrdən həkimlər dəvət edib. İndiyədək Azərbaycana beş ölkədən - Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlib. Onlar pandemiyaya qarşı mübarizədə Azərbaycan həkimlərinə öz köməklərini göstərirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

