/ / Hulusi Kılıç: Ermənistandan köçmək istəyən əhaliyə mesaj verirlər ki, sizin yerinizə gəlmək istəyən ermənilər var
Hulusi Kılıç: Ermənistandan köçmək istəyən əhaliyə mesaj verirlər ki, sizin yerinizə gəlmək istəyən ermənilər var
04.09.2020 [09:28]
Ermənistandakı demoqrafik problem yerli hakimiyyəti həm narahat edir, həm də bütün zamanlarda olduğu kimi yenə də onlar bu məsələyə qazanc mənbəyi kimi baxırlar. Hazırda Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma cəhdində bu iki amilin hər biri özünü göstərir. Azərbaycanın işğal altındakı torpaqlarda qanunsuz məskunlaşma yolverilməz hadisədir və bu cəhdin qarşısı qəti şəkildə alınmalıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.
Ermənilərin hər zaman faciə və fəlakətlərdən öz çirkin məqsədləri üçün istifadə etdiyini xatırladan Hulusi Kılıç deyib: “Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən dəhşətli partlayış Ermənistan dövləti və erməni lobbisi üçün mövcud olan işğal faktı ilə bağlı Azərbaycana qarşı növbəti murdar təxribat fürsətinə çevrilib. Bu, tarixin ayrı-ayrı dövrlərində baş verən çoxistiqamətli təxribatların davamıdır. Beynəlxalq hüquq, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına qarşı bütün konvensiyalar qanunsuz məskunlaşdırmanı qəti şəkildə qadağan edir. Ona görə də, beynəlxalq ictimaiyyət, nüfuzlu təşkilatlar Livan ermənilərinin Azərbaycanın işğal altında olan ərazilərinə köçürülməsinə göz yuma bilməz”.
Erməni mənbələrinə görə, Ermənistan əhalisinin kütləvi şəkildə ölkədən köçdüyünü və bunun əsas səbəbinin sosial problemlər və müharibə xofu olduğunu diqqətə çatdıran səfir Hulusi Kılıç vurğulayıb ki, Qarabağdakı cinayətkar rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirməsi riyakarlığın son həddidir. Qondarma rejimin rəhbəri bununla yerli ermənilərə də mesaj verir ki, baxın, siz qaçmaq istəyirsiniz, amma bu ərazilərə köçmək istəyənlər də var. Bu köç adı altında erməni lobbisinin dünya ermənilərindən pul yığmaq cəhdi onların öz toplumlarına da sayğısızlıqdır.
Xəbər lenti
Hamısına baxElanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05

