/ / Ermənistanın İsraildən səfirini geri çağırmasını guya Azərbaycana silah satışı ilə əlaqələndirməsi antisemitizm siyasətini pərdələmək cəhdidir
Ermənistanın İsraildən səfirini geri çağırmasını guya Azərbaycana silah satışı ilə əlaqələndirməsi antisemitizm siyasətini pərdələmək cəhdidir
03.10.2020 [08:58]
Bu gün rəsmi Yerevanın İsrailə qarşı addımlarının kökündə ermənilərin tarixən yəhudilərə yönəlik düşmən münasibəti dayanır
Məlum olduğu kimi, Ermənistan cəmiyyətində terrorizm, faşizm, islamofobiya, digər xalqlara və dinlərə qarşı nifrət aşılanır. Bununla yanaşı, faşistlərin, terrorçuların “qəhrəman” kimi təqdim olunduğu, onlara abidələr ucaldıldığı Ermənistanda antisemitizm də geniş vüsət alıb. İndiyə qədər İsraildə bu ölkənin səfirliyinin olmaması da Ermənistanda mövcud olan antisemitizmin təzahürü idi. Amma bu yaxınlarda Ermənistan, nəhayət ki, İsrail dövlətində öz səfirliyininin açılmasına qərar verdi. Cəmi iki həftə idi ki, bu ölkənin İsraildə səfirliyi fəaliyyət göstərirdi. Lakin qısa müddət sonra Ermənistan öz səfirini İsraildən geri çağırdı. Müşahidəçilərin qənaətinə görə, Ermənistanın öz səfirini İsraildən geri çağırması və bunu guya bu ölkə tərəfindən Azərbaycana silah satışı ilə əlaqələndirməsi antisemitizm siyasətini pərdələmək cəhdindən başqa bir şey deyil. Çünki Ermənistanda antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var. Ermənilər I Dünya müharibəsi dövründə guya özlərinə qarşı olan “qeyri-insani” münasibətin beynəlxalq səviyyədə tanıdılması məsələsində İkinci Dünya müharibəsi dövründə yəhudi xalqının soyqırımına məruz qalmasını əsas maneə kimi görürlər.
Digər bir məsələ ondan ibarətdir ki, işğalçı ölkədə antisemitizm o qədər yüksək səviyyədədir ki, bu gün Ermənistanda bu amildən siyasi rəqibləri ləkələmək və onları nüfuzdan salmaq üçün istifadə olunur. Bunu yerli və xarici informasiya resurslarında yer alan məlumatlar da təsdiq edir. Məsələn, “WikiLeaks” ABŞ-ın Dövlət Departamentinin 2008-ci ilə aid “Ermənistan mətbuatı müxalifəti pisləmək üçün antisemitizmdən istifadə etməyə davam edir” başlığı altında məlumat yayaraq vaxtilə Ermənistanı ifşa edib.
Mətbuatdan məlum olduğu kimi, hətta həyat yoldaşının yəhudi olduğu iddia edilən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da antisemit tənqidlərdən qaça bilməyib. Yuxarıda qeyd edildiyi ki, 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra bu ölkədə antisemitizm özünü göstərib. Belə ki, Ermənistana xoşməramlı səfərlər edən Amerika-Yəhudi təşkilatları da Ermənistan mediasında antisemit tənqidlərə məruz qalıblar.
Qeyd olunmalıdır ki, Ermənistanda mövcud olan antisemitizm erməni mediasında da təsdiq edilir. Məsələn, İqor Muradyan adlı müəllif “Qolos Armenii” nəşrində yer alan məqaləsində erməni-yəhudi qarşıdurmasının tarixi kökləri olduğunu bildirir və bu semitlərlə arilərin qarşıdurması kimi qələmə verilir.
Yeri gəlmişkən, onu da xatırladaq ki, ötən əsrin əvvələrində Azərbaycan ərazisində tüğyan edən münaqişə və qarşıdurmalar zamanı özlərindən olmayan bütün millətlərə qarşı amansız olan erməni quldur dəstələrinin əsas hədəflərindən biri də yəhudilər olub. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə İstintaq Komissiyasının protokollarında yəhudilərin ermənilər tərəfindən kütləvi qətlə yetirilməsinə dair faktlar əksini tapıb.
Bununla ayanşı, məlum olduğu kimi, ASALA başda olmaqla, Yaxın Şərqdə yaradılan erməni terror təşkilatlarının hədəfi türklərlə yanaşı, həm də yəhudilər olub. 1980-ci ildə ASALA-nın başçısı olan Akop Akopyan 1972-ci ildə Münxendə Olimpiya oyunlarında iştirak edən İsrail milli komandası üzvlərinin qətlə yetirilməsində fəal iştirak edib. Heç bir sübuta ehtiyacı olmayan bu faktların sayını daha da artırmaq olar.
Beləliklə, yuxarıda sadalanan faktlar, xarici və yerli KİV-lərdə yer alan məlumatlardan, rəylərdən də aydın olur ki, tarixən ermənilər arasında Yaxın Şərqdəki bir çox xalqlara münasibətdə olduğu kimi, yəhidlərə qarşı düşmənçilik mövcud olub. Məhz bu səbəbdən də bir çox ekspertlər də rəsmi Yerevanın İsrailə qarşı atdığı addımların kökündə hazırkı dövrdə siyasi motivlər deyil, tarixi gerçəklik amilinin dayandığını vurğulayırlar.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39

