Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kanadanın “The Globe and Mail” qəzetində dərc olunan məqalədə Hikmət Hacıyevin Ermənistanın hərbi təxribatları ilə bağlı fikirlərinə yer verilib

Kanadanın “The Globe and Mail” qəzetində dərc olunan məqalədə Hikmət Hacıyevin Ermənistanın hərbi təxribatları ilə bağlı fikirlərinə yer verilib

08.10.2020 [09:43]

Kanadanın “The Globe and Mail” qəzetində Mark Makkinnonun müəllifliyi ilə “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda döyüşlərə başlayır” adlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Prezidentin köməkçisi Hikmət Hacıyevin fikirlərinə yer verilib.
Müsahibə zamanı Gəncəyə hücumların Ermənistan ərazisindən həyata keçirildiyini qeyd edən H.Hacıyev Dağlıq Qarabağın hüdudlarından kənarda münaqişə zonasının genişlənməsi təhlükəsinin olduğunu xüsusilə vurğulayıb. Eyni zamanda, Azərbaycanın su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin də hədəfə alındığını bildirib.
Prezidentin köməkçisi Ermənistanın öz ərazilərindən Azərbaycanın mülki vətəndaşlarına hücum etməsinin münaqişəyə daha təhlükəli bir ölçü əlavə etdiyini vurğulayıb.
H.Hacıyev qeyd edib ki, atəşkəs çağırışı, həmçinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair çağırış ciddi bir siyasi mesajla müşayiət olunmalıdır.
Eyni zamanda, o, Azərbaycan hərbçilərinin Xankəndidəki və onun ətrafındakı yalnız hərbi obyektləri hədəf aldığını bildirib.

Paylaş:
Baxılıb: 386 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31