/ / Arzuxan Əlizadə: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində sona qədər dövlətimizin, Ali Baş Komandanımızın və ordumuzun yanındayıq
Arzuxan Əlizadə: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində sona qədər dövlətimizin, Ali Baş Komandanımızın və ordumuzun yanındayıq
09.10.2020 [08:48]
“Ötən ilin sonunda Prezident Administrasiyasında yeni bir şöbənin - Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və fəaliyyətə başlamasından sonra siyasi partiyalarla iş üslubunda müsbət mənada çox ciddi dəyişikliklər baş verib. İlin əvvəlindən Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, ölkədə yeni bir siyasi konfiqurasiya formalaşmaqdadır. Belə ki, bu ilin fevral ayının sonlarından etibarən sözügedən şöbənin müdiri Ədalət Vəliyev ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirib. Bu proseslər isə ölkədə siyasi həmrəyliyin təmin olunmasına təkan verib”.
Bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə söyləyib.
Partiya sədrinin sözlərinə görə, siyasi dialoqun dərinləşdirilməsinin məntiqi nəticəsidir ki, Vətən müharibəsinin aparıldığı bu günlərdə ölkənin əksər siyasi partiyaları yekdillik nümayiş etdirir: “50 siyasi partiya rəhbəri əks-hücum əməliyyatlarının başlandığı ilk gündən Ali Baş Komandanın qəbul etdiyi qərara birmənalı olaraq dəstək göstərib. Sentyabrın 27-də imzalanan birgə bəyanatda olduğu kimi, oktyabrın 3-də ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin dəvət edildiyi videoformatda keçirilən görüşdə də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması barədə qəbul etdiyi qərara qətiyyətli dəstək ifadə olunub”.
Partiya sədrinin sözlərinə görə, təəssüf ki, ölkədə fəaliyyət göstərən 52 partiyadan 2-si bu prosesdən bir qədər kənarda qalıb: “Amma bu elə bir məsələdir ki, Vətənin gələcəyi naminə tərəddüd etmək yolverilməzdir. Ona görə də, biz Milli İstiqlal Partiyası olaraq milli və dövlət maraqları olan yerdə Azərbaycanın dövlətçiliyinə dəstək verməyi müxalif mövqedən də, fikir ayrılığından da üstün tuturuq. Xüsusilə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün təmin edilməsi məsələlərində bütün maraqları arxa palana keçirir və Vətənin gələcəyi naminə fəaliyyət göstəririk. 27 sentyabrda da Azərbaycan Milli İstiqlal Partiyası millətimiziin, dövlətimizin və Ali Baş Komandanın yanında olduğunu vurğulayan bəyanat qəbul edib. Həmin bəyanatın və 50 partiyanın birgə bəyanatının davamı olaraq işğal altında olan bütün torpaqlarımızın azad edilməsinə qədər müharibənin davam etdirilməsinin vacibliyini qeyd edirik. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində sona qədər dövlətimizin, Ali Baş Komandanımızın və ordumuzun yanındayıq”.
Partiya rəhbərlərinin geniş fikir mübadiləsi apardığı son görüşün əhəmiyyətinə toxunan A.Əlizadə deyib ki, siyasi partiyaların bu məsələdə həmrəylik nümayiş etdirməsi həm cəmiyyətə, həm də beynəlxalq ictimaiyyətə mühüm mesaj olub: “Siyasi partiya rəhbərlərinin həmrəyliyi ilk növbədə ölkə daxilinə ünvanlanan bir mesaj idi ki, ümummilli məsələlərdə, o cümlədən ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində fikir ayrılığı ola bilməz. Digər tərəfdən, siyasi qüvvələr bütün dünyaya dövlətin, xalqın yanında olduğunu nümayiş etdirib. Çünki əksər siyasi partiyaların torpaqlarımızın işğaldan azad edilməsi naminə dövlətin, Ali Baş Komandanın yanında olmasını bəyan etməsi çox ciddi mesajdır. Sonuncu videokonfransdakı çıxışlar da bunu sübut edib. Mən özüm də həmin tədbirdə çıxış edərək partiyamızın mövqeyini dilə gətirdim. Ümumiyyətlə, bu tədbirdə bir daha siyasi partiyalarla hakimiyyət arasında bu məsələdə heç bir fikir ayrılığı olmadığı sübut olundu”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 12:16
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52

