Mirmahmud Fəttayev: Ali Baş Komandan tərəfindən yürüdülən siyasəti təqdir edirik
27.10.2020 [09:09]
“Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizə qarşı törətdiyi təxribata cavab olaraq başlayan əks-hücum əməliyyatlarının uğurla davam etdiyi dövrdə işğalçı dövlət terror siyasətinin arealını genişləndirir. Belə ki, Ermənistan Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Göygöl və Tərtər rayonları ilə yanaşı, Gəncə, Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Qəbələ, Kürdəmir, Siyəzən rayonlarında yerləşən yaşayış məntəqələrini də raket atəşinə tutur. Cəbhə xəttindən uzaqda yerləşən Gəncəyə, digər yaşayış məntəqələrinə raket hücumları nəticəsində mülki əhalinin qətlə yetirilməsi müharibə cinayətidir”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev bildirib.
M.Fəttayev deyib ki, Gəncə şəhərinə sonuncu raket hücumundan sonra 50 siyasi partiyanın beynəlxalq və regional təşkilatlara ünvanlanan müraciətində erməni vandalizmi qəti şəkildə pislənilib, işğalçı Ermənistanın məkrli niyyəti ifşa olunub: “Müraciətdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır ki, Gəncə şəhərinin dinc sakinlərinin ballistik raketlərlə atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulmasıdır”.
Bununla yanaşı, dinc əhaliyə qarşı törədilən müharibə cinayətlərinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi tələbi ilə Klassik Xalq Cəbhəsi Partiyası adından bütün beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq. “Ermənistana silah satan dövlətlər Azərbaycan şəhərlərində və rayonlarında işğalçı ölkə tərəfindən törədilən cinayətlərə ortaq olmamaq üçün dərhal silah satışını dayandırmalıdır. Təəssüf ki, bu tələblərə seyrçi qalan, susqunluq nümayiş etdirən bəzi dövlətlər və təşkilatlar var. Halbuki təkcə Gəncəyə yox, hər gün Tərtərə, Goranboya və digər rayonlara edilən raket və artilleriya hücumları nəticəsində dinc sakinlər həlak olurlar. Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyır. Milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarlar ədalət mühakiməsinə cəlb edilməlidir”, - deyə M.Fəttayev bildirib.
Artıq bir aya yaxındır davam edən Vətən müharibəsinin gedişinə də toxunan M.Fəttayev onu da qeyd edib ki, Azərbaycan xalqı işğal edilən torpaqlarımızın azad olunması uğrunda aparılan əməliyyatların qələbə ilə başa çatmasını səbirsizliklə gözləyir: “Biz də ölkəmizin hər bir vətəndaşı kimi, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın işğalçılıq siyasətinə qarşı genişmiqyaslı əməliyyatları dəstəkləyirik. Tərtər, Cəbrayıl, Füzuli, Xocavənd və Zəngilan rayonları ərazilərinin işğaldan azad edilməsini alqışlayırıq. Əminik ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün aparılan Vətən müharibəsi qəti qələbəyə qədər davam etdiriləcək. Biz Azərbaycanın haqlı davası uğrunda mübarizə aparan dövlətimizin və ordumuzun arxasındayıq. Bu istiqamətdə Ali Baş Komandan tərəfindən yürüdülən siyasəti təqdir edirik”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 13:32
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35

