Qüdrət Həsənquliyev: Hazırda Azərbaycanda güclü vətəndaş birliyi mövcuddur
28.10.2020 [08:54]
“Müharibə təkcə döyüş meydanında yox, diplomatiya və informasiya müstəvisində də aparılır. Biz siyasi partiyalar olaraq dövlətimizin mövqeyini həm xalqımıza, həm də dünya ictimaiyyətinə çatdırmalıyıq”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda əsgərlərimizin böyük ruh yüksəkliyi ilə döyüşdüyünü deyən Q.Həsənquliyev qeyd edib ki, ordumuz əslində, bütün xalqımızın iradəsini ifadə edir. Ona görə də, siyasi partiyalar, QHT-lər, mətbuat, bütövlükdə cəmiyyətimiz ordumuzun arxasındadır, ona dəstək verir. Cəmiyyətimizdə həddindən artıq böyük ruh yüksəkliyi var. “Bir məqamı qeyd edim ki, erməni cəmiyyəti təlaş içindədir, Paşinyan dünya ölkələrinin liderlərinə zəng edib yalvarır ki, Azərbaycanı dayandırın. Yəni ermənilər müharibənin davam etməsindən qorxurlar, bizim cəmiyyətdə isə narahatlıq ondan ibarətdir ki, birdən beynəlxalq güclərin təzyiqi ilə döyüşlər dayanar. Yəni bütün cəmiyyətimiz torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüş ruhunda köklənib. Azərbaycan və erməni cəmiyyətində fərq bundan ibarətdir. Mən əminəm ki, Azərbaycan bu məsələdə ədalətli mövqeyimizi müdafiə edən dövlətlərin mənəvi dəstəyi ilə 30 il işğal altında qalan torpaqlarımızı azad edəcək, 1 milyondan çox insan öz doğma yurdlarına qayıdacaq”, - deyə BAXCP sədri vurğulayıb.
Partiya sədrinin sözlərinə görə, belə bir şəraitdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da vahid mövqedən çıxış etməkdə davam edirlər. Onun fikrincə, bu amil siyasi islahatların müsbət nəticəsi kimi dəyərləndirilə bilər. Q.Həsənquliyev qeyd edib ki, sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatından sonra Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya birgə bəyanat imzalayaraq Qarabağ məsələsində Prezident, Ali Baş Komandanın yanında olduqlarını bəyan etdi: “Bu yaxınlarda isə 50 siyasi partiya tərəfindən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın prezidenti Emmanuel Makronun ünvanına birgə etiraz bəyanatı qəbul olundu. Ümumiyyətlə, bu gün ölkəmizdə heç vaxt olmadığı kimi güclü milli birlik mövcuddur. Hazırda Azərbaycanda möhkəm vətəndaş birliyi yaranıb. Hesab edirəm ki, torpaqlarımızın işğaldan azad olunması yolunda qələbə qazanana qədər bu birliyə heç kim mane ola bilməz. Digər vacib bir məqam ondan ibarətdir ki, əvvəllər ayrı-ayrı partiyalar arasında əməkdaşlıq yox idi. Amma bu gün isə yaranmış siyasi dialoq nəticəsində partiyalar bir-biri ilə təmasda olur. Bu əməkdaşlıq ona gətirib çıxaracaq ki, ölkədə siyasi mədəniyyət yüksələcək, çoxpartiyalı sistem inkişaf edəcək, cəmiyyətimiz bundan faydalanıb irəli gedəcək”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35

