Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Abutalıb Səmədov: Ordumuzun zəfər yürüşü Azərbaycanın möhtəşəm qələbəsini təmin etdi

Abutalıb Səmədov: Ordumuzun zəfər yürüşü Azərbaycanın möhtəşəm qələbəsini təmin etdi

13.11.2020 [23:05]

“Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uzaqgörən siyasət öz nəticəsini verdi. İşğalçı ölkənin 27 sentyabrda törətdiyi təxribat Ermənistanın tam və qəti məğlubiyyəti ilə başa çatdı. Xalqımız uzun illər həsrətində olduğu qələbəyə qovuşdu. Erməni işğalçıları layiq olduqları cəzanı aldılar”.

Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Partiya sədrinin sözlərinə görə, imzalanan bəyanat işğalçı dövlət üçün məğlubiyyəti qəbul etməsi barədə aktdır: “Ordumuzun zəfər yürüşü Azərbaycanın möhtəşəm qələbəsini təmin etdi.

Azərbaycan Ordusu işğalçı qüvvələrə tarix boyu unuda bilməyəcəkləri sarsıdıcı zərbələr vurdu, onların nə qədər miskin və qorxaq olduqlarını bir daha sübut etdi”.

A.Səmədov vurğulayıb ki, müstəqillik tariximizin ən böyük qələbəsində həlledici rol Ali Baş Komandan İlham Əliyevə məxsusdur: “Onun bir neçə cəbhədə apardığı möhtəşəm mübarizənin şahidi olduq. Azərbaycan Prezidenti İlham Əliyev təzyiq cəhdlərini böyük dəyanətlə dəf etdi. Bu şəraitdə bizim borcumuz bundan sonra da müzəffər Ali Baş Komandanımızın yanında olmaq və atdığı addımlarda Ona daim dəstək göstərməkdir”.

Q.ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31