Ermənistan məğlub edilmiş, Azərbaycan isə zəfər çalmış ölkədir
26.11.2020 [21:01]
Azərbaycanın Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etməsi böyük bir qələbədir. Kəlbəcər 1993-cü ilin aprel ayının 3-də Ermənistan ordusu tərəfindən işğal edilmişdi.
Politoloq Şəbnəm Həsənova bununla bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə əlaqədar xalqa müraciətində də qeyd etdiyi kimi, Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar qanunsuz yollarla hakimiyyətə gələn, heç bir siyasi biliyə, təcrübəyə, səriştəyə malik olmayan Azərbaycan Xalq Cəbhəsi olub. Torpaqlarımızın işğal altına düşməsində Xalq Cəbhəsinin birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Xalq Cəbhəsinin məqsədi, sadəcə, hakimiyyət uğrunda mübarizə idi. Ermənistan da bundan istifadə edərək torpaqlarımızı işğal edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra ölkəmizdə vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Onların tək məqsədi öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmaq idi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cəbhəsi, öz ciblərini doldurmaq, öz yaxın adamlarını vəzifələrə təyin etmək və öz hakimiyyətinin ömrünü uzatmaq məqsədi güdürdülər. Bunun nəticəsində də Kəlbəcər işğal altına düşdü. Vətənpərvərlikdən, peşəkarlıqdan, idarəçilikdən uzaq, xarici münasibətlərin, beynəlxalq norma və prinsiplərin nə olduğunu bilməyən, heç bir dildə danışa bilməyən təsadüfi adamlar Şuşanı düşmənə təhvil verdilər.
Vaxtilə xalqın tələbi ilə hakimiyyətə gələn, dövlətçiliyin əldən getməsinin qarşısını alan dahi Heydər Əliyevin varisi Prezident İlham Əliyev bu gün Şuşanı, Kəlbəcəri, Qarabağı qaytardı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bizi dünyaya qürurlu xalq olaraq tanıtdı. Dünya Ermənistanı məğlub edilmiş, Azərbaycanı isə zəfər çalmış ölkə kimi tanıyır. Qələbəmiz isə təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil. Prezident İlham Əliyev, eyni zamanda, erməni faşizmini məhv etdi.
Politoloq qeyd edib ki, Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Ağdamdan sonra artıq Kəlbəcər də Azərbaycana təhvil verildi. Ermənilər bölgəni tərk etmək üçün verilən vaxtdan əlavə möhlət istəyərək güzəşt edilən on gün ərzində Kəlbəcərdə vəhşi qəbilə kimi yaşayış binalarına, tarixi yerlərə və təbiətə qarşı törədilən amansız rəftarlar həyata keçirdilər, Azərbaycan Ordusu düşməni Şuşadan qovanda düşmən oraya gedən su xəttini sıradan çıxardı. Buna baxmayaraq dövlətimizin başçısının da qeyd etdiyi kimi, əsgərlərimiz Ağdam rayonunun bir kəndində erməni əhaliyə çıxmaq üçün şərait yaratdı. Budur Azərbaycan ilə Ermənistan arasında olan fərq və bunu bizi nədəsə ittiham etmək istəyən qüvvələr görməlidir. Azərbaycana dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq və Ermənistan belə vandal əməllərinə görə beynəlxalq məhkəmələr qarşısında cavab verəcək. Azərbaycan isə çox yaxın gələcəkdə Kəlbəcəri bərpa edəcək və yenidən quracaq, burada kənd təsərrüfatı, xüsusilə heyvandarlıq inkişaf edəcək. Kəlbəcər bizimdir, Kəlbəcər Azərbaycandır!
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35

