/ / Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə
23.12.2020 [09:20]
Möhtərəm cənab Prezident!
Yaxşı yadımdadır ki, 31 oktyabr 2003-cü il tarixində andiçmə mərasimindəki nitqinizdə demişdiniz: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”. Dünya azərbaycanlıları həmin mərasimdə Sizin dilinizdən “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” sözlərini də eşitmişdi. Bu fikirləriniz qəlbi Vətən sevgisi ilə döyünən, öz taleyini xalqının, dövlətinin gələcəyinə bağlayan hər bir azərbaycanlıda böyük ümid yaratmışdı. Siz hər bir azərbaycanlının Prezidenti olmaq yolunda inamla və qətiyyətlə, yorulmadan çalışarkən sadə vətəndaşlar bütün vədlərinizin, ələlxüsus, torpaqlarımızın işğaldan azad olunması barədə sözünüzün gerçəkləşməsini səbirsizliklə gözlədi. Siz “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyirdiniz, cənab Prezident! Və vaxt yetişdi - biz sözünüzdəki həqiqətin canlı şahidləri olduq: sərrast siyasi snayper kimi vaxtında hədəfə nail oldunuz, dəqiq strateji həmlə ilə məsələnin həlli baş tutdu. Beləliklə, müstəqil Azərbaycanın vətəndaşı öz dövlətinin qüdrətinin, Ordusunun zəfər yürüşünün şahidi oldu, xalqımızın 30 illik torpaq - yurd həsrəti bitdi.
Xalqın arzularını gerçəkləşdirmək hər bir liderə nəsib olmur. Siz həm də ona görə məğrur və xoşbəxtsiniz ki, həm insanların ümidlərini doğruldubsunuz, həm də ata vəsiyyətini gerçəkləşdiribsiniz. Noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətiniz zamanı qeyd etdiniz ki, “böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi!”. Bu qürur, fəxarət həm də bizə, dünya azərbaycanlılarına məxsus idi. Çünki mədəniyyət beşiyimiz olan tarixi torpağımız - əzəli, əbədi yurdumuz yağı düşmənin əsirliyindən qurtarılmışdı, həmçinin bütün dünya bir daha bizim vədinə, andına sadiq Müzəffər Sərkərdəmizin, qətiyyətli Liderimizin olduğunu görmüşdü. Siz vurğuladınız ki, “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu xoşbəxtlik həm də bizə aid idi, möhtərəm Prezident! Çünki bu vəsiyyətin yerinə yetirilməsinə şahidlik etdiyimiz, himnimizi Zəfər marşı kimi sevinc gözyaşları ilə dinlədiyimiz üçün xoşbəxt idik.
Möhtərəm cənab Prezident!
Bilirəm, hər bir azərbaycanlı kimi Sizin də ən böyük arzunuz paytaxt Bakıda Zəfər paradına şahidlik etmək idi. Arzunuz gerçək oldu, arzuları gerçəkləşdirdiniz, cənab Prezident! Siz xalqına Zəfər paradını görməyi nəsib edən böyük strateq, yenilməz sərkərdə kimi adınızı tarixin yaddaşına əbədi həkk etdirdiniz!
Biz buna inanırdıq, bilirdik ki, zaman gələcək, üçrəngli bayrağımız qurtuluş savaşımızın qələbə rəmzi kimi zirvədə əzəmətlə dalğalanarkən qalib Azərbaycan əsgəri Zəfər marşının sədaları altında məğrurcasına addımlayacaq. Bu tarixin müəllifi Sizsiniz, Müzəffər Ali Baş Komandanımız! Şəhidlərin qarşısında baş əyərkən Sizə sonsuz minnətdarlıq hissi ilə təşəkkürümüzü bildiririk. Yaxşı ki, qüdrətli Azərbaycan və onun məğlubedilməz Ali Baş Komandanı var!
Fürsətdən istifadə edərək Sizi ad gününüz, həmçinin qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzu edirəm. Milli maraqlara, ali dəyərlərə əsaslanan, ölkəmizin qüdrətinin artmasına xidmət edən çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar diləyirəm.
Dərin hörmət və ehtiramla,
Adil Əliyev
Milli Məclisin Sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

