/ / Baş nazirin müavini Şahin Mustafayevin İranda keçirdiyi görüşlərdə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub
Baş nazirin müavini Şahin Mustafayevin İranda keçirdiyi görüşlərdə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunub
24.12.2020 [10:08]
Dekabrın 22-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı Şahin Mustafayev İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, energetika naziri Rza Ərdəkanian, müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi ilə görüşüb danışıqlar aparıb. Görüşlər zamanı İran rəsmiləri uzun illərdir işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması münasibətilə təbriklərini çatdırıblar. İran tərəfinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğu ifadə edilib. Həmçinin ölkələrimiz arasında yol-nəqliyyat, energetika, iqtisadi-ticarət, infrastruktur, o cümlədən hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri haqqında müzakirələr aparılıb.
İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə keçirilən görüşdə ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasından və Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından rəsmi Tehranın məmnun olduğu ifadə edilib.
Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi regionda sülhün və sabitliyin təmin olunmasında vacib şərtdir və Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarətin bərpa edilməsi dost və qardaş İran İslam Respublikası ilə daha geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırmasının İranda xoş qarşılandığı və yüksək qiymətləndirildiyi qeyd edilib.
Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ölkələr arasında əməkdaşlığın miqyasını ən yüksək səviyyəyə qaldırıb.
Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi, Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilib. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanıb. “Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər müzakirə edilib, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin tezliklə başa çatdırılması üçün atılacaq növbəti addımlar, həmçinin layihələrin icrası məqsədilə yaradılmış komissiyalar və işçi qrupları tərəfindən keçirilən görüşlər və onların nəticələri müzakirə edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanları və bərpa-yenidənqurma işlərində İran şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin sərhəd çaylarının birgə istismarı sahəsində Azərbaycan ilə İranın əməkdaşlığının dünyada nümunə olduğu vurğulanmış, növbəti ildə Naxçıvan MR ərazisində Araz SES və hidroqovşağının birgə istismarının 50 illiyinin yüksək səviyyədə qeyd edilməsi razılaşdırılıb.
Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyində keçirilən görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. İran tərəfi işğaldan azad olunmuş ərazilərdə mina və partlayıcı maddələrin zərərsizləşdirilməsi sahəsində öz təcrübə və imkanlarını Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

