Ermənistanda qəzəb oxları Paşinyana tuşlanıb
31.12.2020 [09:59]
44 gün davam edən müharibədə Azərbaycanın qarşısında darmadağın olaraq biabırçı məğlubiyyətə uğrayan Ermənistanda vəziyyət olduqca gərginləşib. İllərdir, aclıq və səfalət içində yaşayan erməni xalqı bu rüsvayedici məğlubiyyətdən sonra kütləvi mitinqlər keçirir, mövcud hakimiyyəti istefaya çağırır. Paytaxtda və regionlarda narazı kütlə “Satqın Nikol”, “İstefa”, “Paşinyan qatildir” şüarları ilə baş nazir və onun quldur dəstəsini dərhal hakimiyyətdən uzaqlaşmağa çağırırlar. Təsadüfi deyil ki, bu zamana qədər etirazçılarla polis dəstələri arasında ciddi toqquşmalar baş verib. “Daşnaksutyun”, “Çiçəklənən Ermənistan”, “Vətən” kimi Paşinyanın təzyiqlərinə məruz qalan müxalif partiyalar isə xalqı etirazları səngitməməyə, ölkə boyunca tətillər keçirməyə səsləyir.
Paşinyan etirazçılara qarşı təzyiq və repressiya metodunu seçib
Nikol Paşinyan isə düşdüyü bu acınacaqlı vəziyyətdən çarəsiz şəkildə çıxış yolu axtarır. O, kapitulyasiya aktını imzaladıqdan sonra bütün Ermənistanı bürüyən etiraz dalğasından yaxa qurtarmaq üçün repressiya metoduna baş vurub. Qeyd etdiyimiz kimi, işğalçı və məğlub ölkənin, demək olar ki, bütün vilayətləri öz ağuşuna almış etiraz dalğalarında çox sayda nümayişçi həbs edilir və güc strukturları tərəfindən şiddətə məruz qalır. Eyni zamanda, baş nazir bir çox müxalifət liderini həbsə atdırıb. Lakin onun bu addımı məğlubiyyətin ağrısı canından çıxmayan erməni xalqının daha da hiddətlənməsinə səbəb olub. Bu faktlar isə onu göstərir ki, ağılsız diktator Paşinyan öz postunu qorumaq üçün gözünü qırpmadan xalqını, ölkəsini növbəti fəlakətə sürükləyir.
Özünü “demokrat” kimi təqdim edən Nikolun siyasi şousunun ömrü uzun olmadı
Yeri gəlmişkən, Ermənistan mətbuatı özünü “demokrat” kimi təqdim edən Paşinyanın yaratdığı siyasi şounun ömrünün uzun olmadığını yazır. Vurğulanır ki, xalqın ona zərrə qədər etimadı qalmayıb. Erməni ekspertlər isə qeyd edirlər ki, Nikolun düşünülməmiş, uğursuz siyasəti ölkədəki gərginliyi daha da artırmaqdadır. Hakimiyyətə gəlmədən öncə öz xam xəyalları ilə erməni xalqının başını qatan Paşinyan verdiyi heç bir vədə əməl edə bilmədiyi üçün artıq hər tərəfdən dalana sıxışıb. Beləliklə, hadisələrin gedişi onu göstərir ki, Paşinyan və onun quldur dəstəsi üçün ölkəni idarə etmək nəinki çətinləşib, hətta artıq vəziyyət tamamilə nəzarətdən çıxıb.
Məğlub ölkənin gələcəyi sual altında...
Yeri gəlmişkən, Ermənistan mediası bu ölkənin gələcəyinin sual altında olduğunu yazır. Vurğulanır ki, siyasi böhranla yanaşı, ölkənin xarici investorlar üzünə həsrət qalan dövlətlərdən biri olması, korrupsiyanın, inhisarçılığın mövcudluğu, məmur özbaşınalığının pik həddə çatması vəziyyətin daha da acınacaqlı olacağını göstərir.
Göründüyü kimi, iqtisadi cəhətdən can çəkişən, tənəzzülün hökm sürdüyü Ermənistan Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olduqdan sonra xaos və qarşıdurma meydanına çevrilib. Ekspertlərin də vurğuladıqları kimi, Ermənistan əzici məğlubiyyətdən dərs çıxarmasa, yeni reallıqlarla barışmasa, daha böyük fəlakətlərlə üzləşəcək.
Əfəndi İbrahimli
Yeni Azərbaycan Partiyası
Səbail rayon təşkilatının
baş məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

