/ / Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri: Sülhün qorunub saxlanması bizim müqəddəs missiyamızdır
Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri: Sülhün qorunub saxlanması bizim müqəddəs missiyamızdır
07.01.2021 [09:06]
Amerikada çıxan “Christianity Today” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi başa çatandan sonra regionda sülhün bərqərar olması məsələlərinə həsr edilmiş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri arxiyepiskop Aleksandrın münaqişə barədə mövqeyi ifadə olunub və regionda davamlı sülhün bərqərar olması prosesinə kömək çağırışı səslənib.
Məqalənin müəllifi Ceyson Kasper yazır ki, keçən il noyabr ayında atəşkəs haqqında üçtərəfli bəyanat imzalanması ilə Ermənistanla Azərbaycan arasında altı həftəlik müharibəyə son qoyulub. Qeyd edilir ki, Azərbaycan özünün beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsini, o cümlədən tarixi Şuşa şəhərini özünə qaytara bilib.
Arxiyepiskop Aleksandr “Christianity Today” nəşrinə müsahibəsində bildirib ki, 25 illik erməni işğalı nəticəsində Ağdam şəhəri xarabalığa çevrilib. Arxiyepiskop işğal olunmuş ərazilərdə Azərbaycanın dini və mədəni irsinin sistemli şəkildə məhv edilməsi barədə söhbət açaraq qeyd edir ki, ermənilər Şuşa şəhərinin əsas məscidinin adını dəyişdirib onu “fars məscidi” kimi qələmə verirdilər, Dağlıq Qarabağdakı 67 məsciddən 63-ü tamamilə dağıdılıb. Azərbaycan isə əksinə, əraziləri işğaldan azad edərkən orada xristianlara aid dini abidələri qoruyub saxlamaq barədə öhdəlik götürüb. Azərbaycanda udinlərin xristian azlığının nümayəndələri də Kəlbəcər rayonunda yerləşən, IX əsrə aid Xudavəng monastırında olub, orada ibadət ediblər. Qafqaz albanlarının nəslindən olan udinlər min il bundan əvvəl Azərbaycandakı digər etnik qruplarla assimilyasiya ediblər. İşğaldan azad edilmiş regiondakı kilsələr əslində, ermənilərin deyil, albanların məbədləridir.
Məqalədə bildirilir ki, Azərbaycanın 10 milyon sakininin əksəriyyəti müsəlmanlardır. Ölkədəki xristianların üçdə iki hissəsi pravoslav məzhəbinə aiddir. Bundan əlavə, Azərbaycanda çoxminlik yəhudi icması da mövcuddur.
Azərbaycan tərəfinin dərc etdiyi məlumata görə, müharibə dövründə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 101 nəfər dinc sakin həlak olub. Arxiyepiskop Aleksandr qeyd edir ki, 30 il bundan əvvəl Azərbaycanda çoxlu erməni yaşayırdı və onlar öz kilsələrinə sərbəst gedirdilər. Eyni regionda yaşayan müxtəlif etnik qrupların və müxtəlif dinlərin nümayəndələri bu insanların arasında fərqləri qabartmaq əvəzinə dinc yanaşı yaşamağı bacarmalıdırlar. İki ölkə arasında gələcək münasibətlərin qurulmasının əsas prinsipi budur. Bu mənada Fransa, Almaniya və Polşa yaxşı nümunədir: həmin ölkələr İkinci Dünya müharibəsindən sonra mehriban qonşuluq münasibətlərini bərpa edə biliblər. Nəqliyyat kommunikasiyaları bərpa olunmalıdır, bu, Ermənistanın inkişafına kömək edər. Azərbaycan ilə Gürcüstan arasında çox sıx siyasi, iqtisadi və mədəni münasibətlər mövcuddur. Azərbaycan Ermənistanı regional layihələrə qoşulmağa dəfələrlə dəvət edib, bu şərtlə ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarsın, lakin o, imtina edib.
Arxiyepiskop Aleksandr ermənilərin guya “soyqırımı”na məruz qalmaları barədə bəyanatlarını təkzib edərək vurğulayır ki, iki müharibə dövründə erməni qoşunlarının Azərbaycan ərazisində törətdiyi əməllər barədə çox kədərli faktlar məlumdur, bu müddətdə minlərlə azərbaycanlı məhv edilib. Azərbaycanın pravoslav icmasının rəhbəri öz müsahibəsində deyir: “Bu halda biz “soyqırımı” terminindən istifadə etməliyikmi? Azərbaycan multikulturalizm sahəsində zəngin təcrübəyə malikdir. Ölkədəki bütün dini abidələr müdafiə olunur və qorunub saxlanır. Bakıdakı erməni kilsəsi və oradakı kitabxana dövlət tərəfindən mühafizə olunur. Gələcəkdə sülh müqaviləsi imzalanarsa, bu kilsə dini mərasimlər keçirilməsi üçün yenidən açıla bilər, bu isə mənəvi və dini barışığa kömək edər. Sovet dövründə Bakıda bütöv bir erməni məhəlləsi vardı, orada həyat səviyyəsi şəhərin digər hissələri ilə müqayisədə xeyli yüksək idi”.
Arxiyepiskop Aleksandr onu da qeyd edib ki, bütün ermənilərin katolikosu II Qaregin ermənilərin Azərbaycana qarşı nifrətini və bununla bağlı gərginliyi azaltmaq üçün çox iş görə bilər.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20

