Rufiz Qonaqov: Azərbaycan müharibə meydanında olduğu kimi, diplomatik arenada da qalib tərəfdir
14.01.2021 [09:24]
“Moskva görüşünün nəticəsi olaraq imzalanan bəyanat Azərbaycan dövlətinin və Prezidentinin növbəti diplomatik qələbəsi kimi dəyərləndirilməlidir. Görüşdən əvvəl səsləndirilən əsassız iddiaların heç birinin təmin edilməməsi, Azərbaycan Prezidentinin irəli sürdüyü fikirlərin birmənalı şəkildə bu sənəddə əks olunması onu göstərir ki, Azərbaycan müharibə meydanında olduğu kimi, diplomatik arenada da qalib tərəfdir. Vurğulanmalıdır ki, burada əsasən, 10 noyabr Bəyanatında regiondakı iqtisadi və nəqliyyat kommunikasiyalarının həyata keçirilməsini nəzərdə tutan 9-cu bəndin icrası üçün üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə olundu. Bu kommunikasiyaların açılması isə həm regiona bütövlükdə sülh gətirəcək, həm də dünya üçün kifayət qədər önəmli bir iqtisadi tranzit yaradacaq. Bundan başqa, Naxçıvana dəhlizin açılması bilavasitə Azərbaycanın maraq dairəsində olan və imzalanmış 10 noyabr Bəyanatında yer alan xüsusi maddələrdən biridir. Azərbaycan bu gün hərb meydanında olduğu kimi, diplomatik arenada da üstün mövqedədir”. Bu fikirləri qəzetimizə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.
Onun sözlərinə görə, kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla yanaşı, həm də etibarlı təhlükəsizlik yaradılmasına xidmət edəcək. BMAM sədri bildirib ki, üçtərəfli görüşdə rəsmi Bakının şərtləri qəbul edilib. “Bəyanata əsasən, Şərq-Qərb nəqliyyat xəttinin tərkib hissəsi olaraq Mehri dəhlizinin açılması və Türkiyəyə dəmir yolu çəkilişi reallaşacaq ki, bu bizim ən böyük tələblərimizdən idi. Təbii ki, Ermənistan revanşizm azarından qurtularaq regional əməkdaşlıqda iştirak etmək istəsə, onun qazancı da böyük olacaq. Açılacaq kommunikasiya xətləri Ermənistanın bir dövlət kimi yaşaması üçün yeganə çıxış yoludur. Regional inkişaf platformasında iştirak etmək şansı qazanan Ermənistan öz məsuliyyətsiz və əsassız iddialarını kənara qoyaraq sülhə və təhlükəsizliyə maneçilik törətməməlidir. Əks halda, yenidən öz layiqli cavabını alacaq”, - deyə R.Qonaqov əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

