Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
20.01.2021 [10:12]
Tehranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev yanvarın 18-də İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin bugünkü vəziyyəti və perspektivləri müzakirə edilib.
Şahin Mustafayev Dövlət Komissiyasının İranda keçirilən 14-cü iclasından danışıb və qarşılıqlı əlaqələrin inkişafı baxımından komissiyanın işini yüksək qiymətləndirib.
Baş nazirin müavini bildirib ki, İran ilə Azərbaycan yaxın qonşu və dost dövlətlərdir. Qarşılıqlı əlaqələrin inkişafı hər iki dövlətin mənafeyinə uyğundur. Bu günədək Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhani arasında 13 görüş keçirilib. Hər iki prezident münasibətlərin yüksək səviyyəyə inkişafı üçün siyasi iradə nümayiş etdiriblər. Bunun nəticəsidir ki, dövlətlərimiz arasında 100-dən çox sənəd imzalanıb.
Şahin Mustafayev Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə İran xalqına və dövlətinə minnətdarlığını bildirib. Nəzərə çatdırıb ki, Qarabağın işğaldan azad edilməsi regionda yeni vəziyyətin yaranmasına səbəb olub. Bu, region dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələr qurması üçün geniş imkanlar yaradıb.
Qeyd olunub ki, Bakı-Naxçıvan dəmir yolunun yenidən qurularaq istismara verilməsi Rusiya, Azərbaycan, İran, Türkiyə və Ermənistanın bir-biriləri ilə iqtisadi-ticarət əlaqələri yaratmasına imkan verəcək. Nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq əlaqələri qurulacaq.
Şahin Mustafayev dövlətlərimiz arasında imzalanan sənədlərin icrası üzrə işlərin davam etdiyini nəzərə çatdırıb.
İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi müştərək iqtisadi komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək, bu komissiyanın işi nəticəsində bir çox məsələlərin həll olunduğunu bildirib. Nəzərə çatdırıb ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan rayonlarının işğaldan azad olmasının sevindirici olduğunu qeyd edən Mahmud Vaezi bildirib ki, artıq regionda yeni imkanlar yaranıb və bu imkanlardan istifadə edib iqtisadi əlaqələri daha da genişləndirmək zərurəti meydana çıxıb. Yeni şəraitdə ölkələr arasında çoxtərəfli əməkdaşlıq üçün zəmin yaranıb.
Administrasiya rəhbəri vurğulayıb ki, Qarabağın bərpasında İran şirkətləri də iştirak etməyə hazırdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

