Fəzail Ağamalı: Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır
11.02.2021 [09:01]
“Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Bütün sahələr üzrə dərin əməkdaşlıq əlaqələri üzərində qurulan bu münasibətlər “bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq davamlı inkişaf edir. Dünyada elə dövlətlər yoxdur ki, Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olsun. Biz sarsılmaz qardaşlığımızı 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik”. Bu fikirləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olması bizim gücümüzü artıran əsas amillərdən biridir: “Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Hər iki ölkə heç bir tərəddüd etmədən bir-birini dəstəkləyir və bundan sonra da belə olacaq. Öz torpaqlarının işğalçı qüvvələrdən azad edilməsi uğrunda gedən döyüşlərdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ona görə də bizi istəməyən qüvvələr bu məsələyə müdaxilə edə bilmədi. Reallıqlar onu göstərdi ki, qardaş Türkiyə bölgədə sabitliyin təmin olunmasında əsas faktorlardan biridir. 2020-ci il 10 noyabr tarixində imzalanmış Bəyanata əsasən atəşkəsə nəzarət üçün birgə Monitorinq Mərkəzinin yaradılması nəzərdə tutulurdu. Artıq yanvarın 30-da Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Bu mərkəzin fəaliyyəti, Türkiyə hərbçilərinin burada iştirakı cəmiyyətimizdə böyük sevinclə qarşılanır”.
Partiya sədri söyləyib ki, 44 günlük müharibə həm də informasiya cəbhəsində gərgin şəkildə gedirdi. Demək olar ki, qərb mediası daha çox erməni tərəfinin mövqeyini təbliğ edirdi. Amma qardaş Türkiyənin mediası bu prosesdə sonadək Azərbaycanın yanında oldu və əsl həqiqətlərin dünyaya çatdırılmasında əvəzsiz rol oynadı. Türk mediasının əməkdaşları münaqişə zonasından, terror aktlarına məruz qalan Gəncə, Bərdə və Tərtər şəhərlərindən canlı yayımlar həyata keçirərək ermənilərin vandal, barbar üzlərini dünyaya çatdırdılar. Proseslər göstərdi ki, Azərbaycanla Türkiyəyə qarşı beynəlxalq miqyasda aparılan əks-təbliğatın qarşısını almaq üçün media sahəsində də birgə əməkdaşlığa çox böyük ehtiyac var. Bu baxımdan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması çox böyük əhəmiyyət kəsb edir. Artıq Milli Məclis tərəfindən bu sənəd ratifikasiya olundu. Hesab edirəm ki, bu sahədə birgə əməkdaşlıq, ortaq media platformasının yaradılması bizim gücümüzə güc qatacaq, bizi istəməyənlərə qarşı mübarizəmizi daha da gücləndirəcək.
NARDAR
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30

