/ / Ərəb KİV-ləri: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
Ərəb KİV-ləri: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
18.05.2021 [09:19]
Azərbaycan 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq hərbi əməliyyatlara başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanı məğlubiyyətə uğradaraq onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2020-ci il noyabrın 10-da Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat imzalandı. Beləliklə, ötən ilin sonlarında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Əhməd Abdullah Nəcmin Misirin “Nilenews”, Əlcəzairin “əl-Hərir”, “Dzayerinfo” və İraqın “Mustaqila” portallarında dərc olunmuş “Azərbaycan... Ədaləti bərpa edən güc” sərlövhəli məqaləsində yer alıb.
Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamağa məhz məcbur edilib. Beləliklə, Azərbaycan bu sənədlə tarixinin 30 ilə yaxın hüzn dolu, kədərli səhifəsini bağlayıb və yeni şərəf, qəhrəmanlıq səhifəsini açıb.
“Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər bir daha sübut edir ki, ədalət gec-tez zəfər çalır və haqq nahaqqa qalib gəlir. Bəli, Azərbaycanın 20 faiz torpaqları hələ 1993-cü ildə işğal olunmuşdu və elə həmin illərdə BMT Təhlükəsizlik Şurası bununla bağlı dörd qətnamə qəbul etmişdi. Həmin sənədlərdə Ermənistandan bu ərazilərin işğalına dərhal son qoyması tələb olunurdu. 1993-cü il aprelin 30-da qəbul edilmiş 822 saylı qətnamə bütün təcavüzkar əməllərin dayandırılmasını, bütün işğalçı qüvvələrin Azərbaycanın Kəlbəcər rayonundan və işğal olunmuş digər torpaqlarından çıxarılmasını tələb edirdi. Bu, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində sülh prosesinə dəstək sənədi idi”, - deyə müəllif vurğulayıb.
Əhməd Abdullah Nəcm bildirib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi digər qətnamələr də kağız üzərində qalmış və yerinə yetirilməmişdi. Halbuki, bu beynəlxalq sənədlərdə Ermənistanın təcavüzkar siyasəti pislənir və işğalçı qüvvələrin Azərbaycanın ərazisindən çıxarılması tələb olunurdu. Lakin Ermənistan hökuməti ötən illər ərzində nə bu qətnamələrə, nə də bənzər beynəlxalq çağırışlara məhəl qoymadı. Əksinə, bütün bu illər ərzində əhalisinin didərgin saldığı torpaqların demoqrafik tərkibini dəyişdirməklə məşğul oldu. Təbii ki, əksər Qərb ölkələrində mövcud olan güclü erməni lobbisi diqqəti bu məsələdən yayındıra bilmişdi.
Vurğulanıb ki, nəhayət, Azərbaycan BMT-nin qətnamələrini özü yerinə yetirərək torpaqlarını hərbi yolla işğaldan azad etdi. Bununla da o, ədaləti qoruyacaq gücə ehtiyac olduğunu sübut etdi. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya nümayiş etdirdi və sübuta yetirdi ki, güc varsa, ədalət itsə belə, onu bərpa etmək mümkündür.
Müəllif diqqətə çatdırıb ki, Azərbaycan tolerant ölkə olaraq nəsildən-nəslə miras qalan milli və mənəvi dəyərlərə üstünlük verir. Müxtəlif xalqların nümayəndələri burada dinc və əmin-amanlıqda yaşayırlar. Azərbaycanda məscidlərdən başqa, çoxsaylı kilsələr, sinaqoqlar da fəaliyyət göstərir. Bu da ölkədə multikulturalizm ənənələrinin qorunmasının təzahürüdür.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32

